Tbilisidə baş nazir İrakli Qaribaşvilinin evinin qarşısında onun istefasını tələb edən etiraz aksiyası keçirilib. SİA xəbər verir ki, bu barədə “Sputnik Georgia” məlumat yayıb.
Məlumatda qeyd olunur ki, etiraz aksiyası Mixail Saakaşviliyə məxsus Birləşmiş Milli Hərəkat partiyasının fəalları tərəfindən təşkil olunub. Həmçinin etirazçıların 5 iyul hadisələrində Qaribaşvilini günahkar bildikləri də qeyd olunur. Aktivistlərdən birinin sözlərinə görə, baş nazir "təcavüzkarları həvəsləndirdi".
Xatırladaq ki, Qaribaşvilinin evi polisin gücləndirilmiş mühafizəsi altındadır.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB