Sosial şəbəkələrin “virtual terminatorları” ŞƏRH

Sosial şəbəkələrin “virtual terminatorları” ŞƏRH

Rəsul Quliyev: “Bu insanlar özləri qəbirlərini qazıblar”

Hafiz Hacıyev: “Sosial şəbəkə əxlaqsızları 28 ildir ki, bugünkü dövlətə qarşı böhtan, şər atsalar da, xalq dövlətinə inanır”

“Radikal müxalifətin (Xalq Cəbhəsi və Müsavat) 27 illik fəaliyyəti bu partiyaları və onların "liderlərini" iflasa uğradıb”. Bunu Azərbaycanın eks-spkeri Rəsul Quliyev sosial şəbəkədə çıxışı zamanı bildirib: “Onlar 27 ildir özlərinin monoton tənqidləri, korrupsiya və rüşvəti dərindən analiz etmədən şişirdilmiş yalançı rəqəmlərlə xalqa təsir etmək cəhdləri, əslində, həm onları və həm də onlardan mütəmadi müsahibələr götürənlərin reytinqlərini, əslində, (youtubda 100 min insanın bu müsahibələrə baxdığına baxmayaraq) sıfıra çatdırıb. 100 min baxır və müsahibənin təsiri sıfıra bərabər olursa, bunun səbəbini müsahibənin keyfiyyətində yox, başqa səbəblərdə axtarmaq lazımdır. Çünki bu insanlar deməzdim satqın və riyakarlar mənasız, həmişə eyni çeynənmiş və qeyri-obyektiv müsahibələri ilə özləri qəbirlərini qazıblar. Hökumətin onları izoliyasiya edib yenidən qəbirdən çıxarmaq cəhdi ancaq bir şeyə qulluq edə bilər. Ölkədə real müxalifətin yaranmasının qarşısını almağa”.

Hafiz Hacıyev: “Sosial şəbəkə əxlaqsızları 28 ildir ki, bugünkü dövlətə qarşı böhtan, şər atsalar da, xalq dövlətinə inanır”

“Xüsusilə bu günlərdə Prezident İlham Əliyevin video-müşavirədə ciddi məsələlərə toxunması və onlardan ən başlıcası siyasi islahatların aparılması, ölkədə gedən siyasi proseslərlə iqtisadi proseslərin uzlaşdırılması və müxalif partiyaların qanunvericilik hakimiyyətində iştirakı məsələsi ilə bağlı bu satqın və əxlaqsızların yenidən sosial şəbəkələrdə böhtan xarakterli çıxışlar etməkdədirlər. Ancaq hələ də anlamırlar ki, xalq onları çoxdan arxivin zibilxanasına atıb. Çünki xalq ölkə başçısının hakimiyyətdə olduğu son 18 il ərzində hər bir vətəndaşın qayğısına qaldığının şahidi olub. Və bu gün də hesab edirəm ki, dünyanı ağuşuna alan koronavirus pandemiyası ilə bağlı görülən işlər və atılan addımlar müsbət haldır və hər bir Azərbaycan vətəndaşı ölkə başçısının gördüyü işlərin şahididir”. Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev özünün dediyi kimi, dünyanı ağuşuna alan koronavirus pandemiyasından istifadə edərək ölkədə sabitliyi pozmaq istəyən AXCP Əli Kərimlinin, Müsavat Partiyasının başqanı Arif Hacıyevin, “Milli Şura”nın mənəviyyatsızı Cəmil Həsənlinin, müxalifətin "minsifətlisi" Gültəkin Hacıbəylinin fəaliyyəti ilə bağlı açıqlamasında deyib.

Partiya sədri koronavirus pandemiyasından istifadə edərək, ölkədə sabitliyi pozmaq istəyən qüvvələrə, həmçinin xəbərdarlıq da edib: “Bilirsiniz ki, Cənab Prezident video-görüntülü müşavirə keçirdi, ciddi məsələlərə toxundu və onlardan ən başlıcası siyasi ishatların aparılması, ölkədə gedən siyasi proseslərlə, iqtisadi proseslərin uzlaşdırılması və müxalif partiyaların qanunvericilik hakimiyyətində iştirakı məsələsi oldu. Son aylar aparılan islahatlar həqiqətən də təqdirəlayiqdir və Cənab Prezidentin şəxsən özünün fəaliyyəti nəticəsində ortaya qoyulan müsbət işlərdir. Ölkədə parlament seçkiləri keçirildi və bəzi partiyaların sədrləri mandat qazandılar. Bu, müsbət hal kimi dəyərləndirilməlidir. Düşünürəm ki, qarşıda da görüləcək işlər var və bunları həyata keçirmək üçün xalqla dövlət arasında müəyyən birlik olmalıdır və bunu da yaratmaqdan ötrü ölkə başçısı mart ayında bayram təbriki zamanı çıxışında ölkədə siyasi partiyalarla dialoqların aparılması məsələsinə toxundu və bunlar da həyata keçmək üzrədir. Partiya sədri olaraq mən də burda iştirak edirdim. Ancaq bu tədbirdə iştirak etməyənlərin məqsədi ölkədə ictimai-siyasi vəziyyətə qarşı çıxmaqdır. Çünki bunlar – Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, Cəmil Həsənli kimi viruslar xaricdən idarə olunanlardır. Və keçirilən müşavirədə ölkə başçısının onları "beşinci kolon" adlandırmaqla bir daha göstərdi ki, xalq belələrini çoxdan tarixin zibilxanalarına atıb. Azərbaycan xalqı ağıllı xalqdır, ağı qaradan seçməyi bacarır. Özünüz də bilirsiniz ki, bunları xaricdə olan müəyyən dairələr idarə edirlər. Axşama kimi təhqirlə, populist çıxışlarla Azərbaycan xalqını aldatmaq istəsələr də, buna nail ola bilməyiblər və bilməyəcəklər. Çünki ölkəsini, ailəsini qrantlara satan Sevinc Osmanqızı kimi mənəviyyatsızların həftənin 7 günün 6-sında satqın və cinayətkar ermənixislətli Əli Kərimlini, Cəmil Həsənlini, Gültəkin Hacıbəylini, o əxlaqsız Arif Məmmədovu kanalına çağırması, Azərbaycan dövlətinin əleyhinə həqarətlər yağdırması qəbuledilməzdir. Təəccüb də etmirəm, çünki satqın satqının yanında olar. Və düşünürəm ki, xaricdə özünü bloger adlandıran belə satqın və mənəviyyatsızlara qarşı tədbir görülməlidir. Onlar anti-təbliğat aparmaqla insanların beyinlərini yeyirlər. Koronavirusun ölkədə daha da ağırlaşmasını arzu edən qüvvələr özləri bilərəkdən karantin rejimini pozurlar və polis tədbir görəndə isə "siyasi məhbus" adı ilə xaricdə təbliğat aparmağa başlayırlar. Yəni bizim düşmənlərimiz çoxdur, həm xaricdə, həm də daxildə. Belə naqislər Azərbaycan dövlətinə çox böyük zərbələr vurmağa çalışırlar. Biz isə bunlara imkan verə bilmərik”.

Və bu gün Əli Kərimli, Sevinc Osmanqızı, Cəmil Həsənli, Qənimət Zahid, Gültəkin Hacıbəyli, Orduxan Teymurxan, Məhəmməd Mirzəli, Vidadi İsgəndərli, Qabil Məmmədov və başqa manqurtlar sürünə-sürünə bu dövlətin ayağına gələcək, bu Vətənin torpağını yalamaq istəyəcəksiniz. Ancaq bilməlisiniz ki, Vətənin halal çörəyinə kəm baxıb, özgənin, həm də düşmənin yalı ilə bəslənənləri nə tarix, nə də bu xalq heç vaxt bağışlamır. Çünki sizin kimi satqınların qatarı çoxdan gedib, artıq bu manqurtlar məsuliyyətə cəlb edilməlidirlər.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə