İsrail hərbi təlimlərə başlayıb

İsrail hərbi təlimlərə başlayıb

İyun ayında Qəzzaya göndəriləcək yardım gəmisinin qarşısını almaq üçün İsrail hərbi qüvvələri hərbi təlimə başlayıb. Keçən il yardım gəmisinə məlum hücumdan 1 il keçəndən sonra Qəzzaya göndəriləcək yardım gəmisinə yenə İsrail hərbçilərinin hücumu gözlənilir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, iyunun ikinci yarısında yola çıxacaq gəminin qarşısını almaq üçün İsrail qüvvələri ciddi təlim keçirlər.

İsraildə yerli mətbuata açıqlama verən baş nazir Netanyahu bunları deyib: " Yardım gəmisinin qarşını almaq üçün bütün diplomatik səyləri göstərəcəyik, alınmasa, hərbi gücdən də isitifadə edəcəyik".

Hətta İsrail hərbçiləri snayperlərdən də istifadə edəcəklər. Mümkün müdaxilə zamanı ilk atəşi, məhz snayperçilər açacaq.

Bununla bağlı qayğılarının Türkiyə ilə də bölüşən ABŞ-ın xarici işlər nazirliyini sözçüsü Mark Tonerə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun cavabı isə sərt olub: "İsrail keçən ilki hadisəyə görə üzr istəməsə, təzminat ödəməsə, biz onlarla münasibətimiz əvvəlki qaydaya salmayacağıq\".

Bütün xəbərlər Facebook səhifəmizdə