Tbilisidəki mitinq zamanı etirazçılar baş nazirin istefasını tələb ediblər. SİA RİA Novostiyə istinadən xəbər verir ki, Tbilisidə Rustaveli prospektində Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin istefası tələbi ilə etiraz aksiyası keçirilib.
Nümayişçilər, 5 iyul tarixində keçirilən mitinq zamanı döyülən Pirveli televiziya şirkəti operatoru Lekso Laşkaravanın ölümü barədə məlumat aldıqdan sonra şəhərin mərkəzinə toplaşıblar.
"Prospekt və xüsusən də parlamentin qarşısındakı ərazi bağlıdır. Getdikcə daha çox insan aksiya üçün toplaşır", deyə RİA Novostiyə mitinq iştirakçıları bildiriblər.
Qeyd edək ki, Laşkaravanın ölüm səbəbləri hələ məlum deyil, ekspertiza təyin edilib. Operator 5 iyul etirazları zamanı yaralanıb, göz zədəsi ilə xəstəxanada bir neçə gün yatıb və sonra evə buraxılıb.
Xatırladaq ki, ölkənin Daxili İşlər Nazirliyi onun döyülməsində iştirak edən dörd nəfərin həbs olunduğunu açıqlayıb. Ümumilikdə 50-dən çox jurnalist xəsarət alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB