“Aİ regionda uzunmüddətli sülhün əldə olunması üçün Azərbaycana yardım etməyə hazırdır” Oliver Varxeli
Avropa İttifaqı regionda uzunmüddətli sülhün əldə olunması üçün Azərbaycana yardım etməyə hazırdır. SİA-nın məlumatına görə, TASS agentliyi qonşuluq siyasətinin genişləndirilməsi siyasəti üzrə avrokomisar Oliver Varxelinin Azərbaycana səfərinin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransındakı sözlərini yayıb.
“Mən, Azərbaycanın rəsmi şəxsləri ilə Qarabağdakı postmünaqişə situasiyasını müzakirə etdim, eləcə də Aİ-nin bu məsələdə hansı dəstəklər göstərə biləcəyini bildirdim. Avropa İttifaqı postmünaqişə dövründə regionda uzunmüddətli sülhün əldə olunması üçün Azərbaycana yardım etməyə hazırdır”, deyən Varxelinin sözlərinə görə, Azərbaycan və Ermənistan saxlanılan şəxslərin qaytarılması və minalanmış sahələrin xəritələrinin verilməsi yönündə addımlar atıblar.
“Aİ bu dəyişmələri alqışlayır. Biz həmçinin maliyyə və başqa vasitələr nöqteyi-nəzərindən bu addımların davamlı olması üçün kömək etməyə hazırıq. Aİ-nin cəhdləri növbəti addımlar baxımından və regionun bərpası istiqamətində hər iki tərəf üçün şəffaf və əlçatandır”, Varxeli deyib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB