Azərbaycan Ermənistanın faşist simvolikasını aradan qaldırıb FOTOFAKT

Erməni teleqram kanalları növbəti dəfə Azərbaycana qarşı qarayaxma kampaniyası başlatmağa cəhd etsələr də, onların bu oyunu istədikləri nəticəni verməyib. SİA-ya daxil olan məlumata görə, onlar Azərbaycan tərəfinin Hadrutda (Ağoğlan) işğal vaxtı ucaldılmış “abidəni” dağıdıb.

Lakin məsələ ondadır ki, həmin abidənin hansı məna kəsb etməsi barədə fikir bildirilmir və əslində, dağıdılmış “abidə” faşist simvolikası təsirini bağışlamaqdadır. Erməni işğalçıları bu “abidəni” məhz Azərbaycanın ərazisində inşa ediblər.

Lakin maraqlıdır ki, onlar Azərbaycana qarşı nəyə görə və hansı haqla ittiham irəli sürürlər? Çünki Azərbaycan doğru qərar verib və bu faşist simvoikasını söküb. Ermənilər dərk etməlidirlər və xatırlamalıdırlar ki, Sovet qoşunları Berlinə və faşist Almaniyasının digər şəhərlərinə daxil olarkən faşizmə aid olan bütün abidələri, simvolikaları məhv etdi. Azərbaycan isə 2021-ci ildə nasist Ermənistanın Qarabağda ucaltdığı “abidəni” aradan qaldırıb. Əslində, dünya Azərbaycana minnətdar olmalıdır ki, faşist Almaniyasını parodiya edən və nəticədə məğlub olan Ermənistanın belə “abidələrini” yer üzündən silir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə