"Paşinyan Ermənistandan başqa hamıya faydalıdır" ARMEN AŞOTYAN

Nikol, Ermənistan xaricində hər kəs üçün faydalıdır. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublika Partiyası sədrinin müavini Armen Aşotyan öz Facebook səhifəsində paylaşımında yazıb.

Onun sözlərinə görə, demək olar ki, bütün güc mərkəzləri onlar üçün problem yaratmayan sındırılmış kapitulyatorla iş görməyi üstün tutdular.

“Xaricdən hər kəsin Nikolu təbrik etməsi, seçkiləri müsbət qiymətləndirməsi və çağırış etməsinə təəccüblənməyin. Seçkilərə xaricdən qərar verildi, insanlar daxildəm səs verdi, kənardan, xaricdən təbrik edildi. Hər şey çox sadə və proqnozlaşdırılan idi. Üstəlik, demək olar ki, bütün güc mərkəzləri bölgədəki super güclərin planlarına müdaxilə edə biləcək milli vətənpərvər qüvvələrlə deyil, özləri üçün problem yaratmayan sındırılmış, əzilmiş kapitulyatorla iş birliyində olmağı üstün tutdular. Nikol, Ermənistan xaricində hamı üçün faydalı oldu. Günahlarımızı və səhvlərimizi etiraf etmək və qəbul etmək üçün cəsarət toplamaq lazımdır. Ermənistan isə bir geopolitik sövdələşmə, tədavül, dəyişdirilmə qəpiyinə çevrildi və reallıq budur", deyə Armen Aşotyan öz sosial şəbəkə hesabında yazır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə