Sarkisyan Paşinyanı təbrik etdi QƏLƏBƏ MÜNASİBƏTİLƏ

Prezident Paşinyanla telefonla əlaqə saxlayaraq Ermənistanın gələcəyi üçün gələcək hökumətə uğurlar arzulayıb. SİA Ermənistana məxsus mətbuat səhifələrində dərc olunan informasiyalara istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Ermənistan prezidenti Armen Sarkisyan, Nikol Paşinyanı rəhbərlik etdiyi Mülki Müqavilə partiyasının erkən parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib. Paşinyanla telefon danışığında Sarkisyanın gələcək hökumətə Ermənistanın gələcək inkişafı, tərəqqisi, xalqın rifahı və dövlətin təhlükəsizliyinin təmin edilməsi üçün uğurlar arzuladığı qeyd olunur.

Xatırladaq ki, Ermənistanda iyunun 20-də Milli Məclisə erkən seçkilər keçirilib. Səsvermənin nəticələrinə görə, Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası səslərin demək olar ki, 54% -ni toplayaraq böyük fərqlə qalib gəlib. Onun əsas rəqibi, “Ermənistan” bloku 21.04% səs qazana bilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə