“Rusiya Yerevana daxil ola bilər” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Rusiya Yerevana daxil ola bilər” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Ermənistan hakimiyyətindən olan istefalar hakimiyyətdəki müxalifətin Paşinyanı sıradan çıxarmağına hesablanan bir addım olduğunu düşünmək olar. Paşinyanın Rusiya ilə münasibətlərini korlayan müxalifət kompromat materialları qəzetlərə sızdırırlar. Digər tərəfdən də xarici işlər naziri və müavinindən tutmuş digər hökumət vəzifəli adamlar istefaya gedirlər”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, baş verənlərin hamısı müxalifət tərəfindən, ola bilsin ki, hətta Rusiya tərəfindən də düşünülmüş bir faktdır: “Bunlar Paşinyanın reytinqinin yüksək olduğunu görən və bu baxımdan onu devirməyin mümkün olmayacağını başa düşərək, əleyhinə olan uydurulmuş faktları belə qəzetlərdə geniş təbliğ edirlər. Xarici işlər nazirinin istefaya getməsi erməni cəmiyyətini xeyli çalxalayır, cəmiyyət çox gərgin bir atmosferə köklənib. Burada kənar təsirlərin də olduğunu mən istisna etmirəm. Kənar təsirlər içərisində, xüsusilə Rusiyanın təsirlərini göz önünə almaq lazımdır. Amma bu, Paşinyanın reytinqinə hələ ki, təsir göstərməyib. Paşinyanın reytinqi digərlərinin reytinqindən üstündür. Ermənistanda baş verən bu istefalar, hətta ola bilər ki, Paşinyanın xeyrinə də işləyə bilər, yaxud da ki, cəmiyyətdə vətəndaş qarşıdurması, hətta silahların işə düşməsi kimi vəziyyət yarada bilər. Məhz bundan yararlanan Rusiya meydana girərək həm aranı sakitləşdirər, həm də seçkilərin nəticələrini özü bildiyi kimi müəyyənləşdirər. Yəni vəziyyətin gərginləşməsi ilə Rusiya Yerevana daxil ola bilər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə