“Ölkəmizdə xalqın maraqlarına uyğun siyasət aparılır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Ölkəmiz ilk dəfə 28 May Respublika Gününü ərazi bütövlüyümüz tam təmin olunmaqla keçirir. Əlbəttə ki, bu, Azərbaycanın 44 gün davam edən Vətən Müharibəsində parlaq qələbəmiz nəticəsində əldə olundu”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Onun sözlərinə görə, Vətən Müharibəsindən sonra bölgədə və dünyada yeni reallıqlar yaranıb və bu reallıqlar Azərbaycanın güclü qüdrətli dövlət olması və xüsusilə də burada ölkə Prezidenti İlham Əliyevin bir daha Liderlik qabiliyyəti, praqmativ, xarizmatik bir şəxsiyyət kimi dünya dövlətləri tərəfindən birmənalı olaraq tanınması və qəbul edilməsidir: “Bunu biz 28 May Respublika Günü münasibəti ilə Prezidenti İlham Əliyevə ünvanlanan çoxsaylı təbrik məktublarında da öz əksini tapdığını görürük. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan güclü siyasət Azərbaycanı bütün dünyada tanıdıb, güclü, qüdrətli dövlətə çevirib. Birmənalı şəkildə demək olar ki, ölkəmiz bundan sonra daha da inkişaf edəcək. Çünki ölkəmizdə xalqın maraqlarına uyğun siyasət aparılır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB