"İran proseslərdən kənarda qalmaq istəmir" POLİTOLOQ ŞƏRH ETDİ

"İran proseslərdən kənarda qalmaq istəmir" POLİTOLOQ ŞƏRH ETDİ

"İran xarici işlər nazirinin əvvəlcə Azərbaycana, daha sonra Ermənistana səfəri bir növ vasitəçilik rolu oynamaq kimidir". Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.

Politoloqun sözlərinə görə, İran buna, bir növ vasitəçilik rolu oynamağa birinci Qarabağ müharibəsi dövründə də, daha sonra da çalışmışdı.

“Proseslərdən İran kənarda qalmaq istəmir və böyük ehtimalla öz vasitəçilik missiyasını yerinə yetirmək istəyir, təkliflər irəli sürür. Bu baxımdan İranın xarici işlər naziri başa düşür ki, Zəngəzur dəhlizi reallaşmaq üzrədir və o dəhlizin çəkilməsində də milli maraqlarını qorumaq adına, hansısa müvafiq təkliflər vermək üçün Azərbaycana gəlir.

İranın xarici işlər nazirinin Azərbaycana verəcəyi təkliflər odur ki, o, həmin dəhlizin tez bir zamanda reallaşmasını istəyəcək. Ermənistana isə verəcəyi təkliflər başqa olacaq. Çox gümün ki, həmin təkliflərdə Ermənistanın maraqlarını qoruyacaq. Gözlənilən də odur ki, İranın xarici işlər naziri Ermənistanın maraqlarını qoruyacaq təkliflər verəcək. Amma İran hər halda nəyə baxacaq? Hər şeydən əvvəl İran özü üçün çalışacaq, ilk öncə özünü qabağa salacaq, İrana sərf edəcək nəqliyyat xətlərinin çəkilməsinin təmin edilməsi üçün, hər halda təkliflər paketində məsələlər olacaq”, deyə politoloq Fərhad Mehdiyev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə