Rusiya Prezidenti Dmitri Medvedev Azərbaycan Prezidenti İlham Əliyevi Respublika günü münasibətilə təbrik edib. SİA-nın xəbərinə görə, məktubda deyilir: \"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Azərbaycan dövlət quruculuğu işində dərin iqtisadi və sosial dəyişikliklərin həyata keçirilməsində, beynəlxalq aləmdə öz mövqelərinin möhkəmləndirilməsində parlaq uğurlar nümayiş etdirir. Əlamətdar haldır ki, eyni zamanda, respublikanın bənzərsiz, zəngin mədəniyyətinin və milli ənənələrinin qorunub saxlanmasına xüsusi diqqət yetirilir\".
Rusiya prezidenti iki ölkə arasında mehriban qonşuluq və qarşılıqlı etimad prinsiplərinə əsaslanan münasibətlərin yüksək strateji tərəfdaşlıq səviyyəsinə çatdığını qeyd edir.
\"Bizim əlaqələrimizin intensivliyi və səmərəli xarakteri, müxtəlif sahələrdə iri müştərək layihələrin effektiv həyata keçirilməsi, aktual regional problemlərin həllində sıx əməkdaşlıq buna dəlalət edir. Ümid edirəm ki, bu cür konstruktiv dialoq bundan sonra da həm ikitərəfli, həm də çoxtərəfli formatlarda davam edəcəkdir\", məktubda qeyd edilir.
Medvedev ölkələrimiz arasında siyasi, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə zəngin çoxşaxəli əlaqələrin inkişafının Rusiya və Azərbaycan xalqlarının əsas mənafelərinə uyğun olduğuna, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaratdığına əminliyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB