Metyu Brayza: “ABŞ Administrasiyası Senatlığı “ erməni soyqırımı” ilə bağlı qətnaməni qəbul etməməyə inandırmağa çalışır”

Metyu Brayza: “ABŞ Administrasiyası Senatlığı “ erməni soyqırımı” ilə bağlı qətnaməni qəbul etməməyə inandırmağa çalışır”
Metyu Brayza "erməni soyqırımı"nın Senatda qəbul olunmaması üçün bütün səylərdən istifadə edib. SİA-nın xəbərinə görə, bu barədə xəbər "WikiLeaks"-in dərc etdiyi son məlumatda yer alıb. Məlumatda qeyd edilir ki, 9 Mart 2007-ci il tarixində ABŞ Dövlət katibi müavinin köməkçisi Metyu Brayza İstanbul Qubernatorunun müavini, etnik azlıqlar üzrə müşavir Fikrət Kasaboğlu ilə görüşündə ABŞ Senatında "erməni soyqırımı" ilə bağlı qanun layihəsinin qəbul olunması məsələlərini müzakirə ediblər. Brayza bildirib ki, administrasiya bütün vasitələrdən istifadə edərək Senatlığı inandırmaq istəyir ki, "soyqırımı" ilə bağlı qətnaməni qəbul etməsin: "Administrasiyanın mövqeyi dəyişməzdir. Türklər və ermənilər arasında tarixdə baş vermiş hadisələr ictimaiyyət arasında qərəzsiz olaraq müzakirə olunmalıdır".

Qeyd edək ki, Metyu Brayza hazırda ABŞ-ın Azərbaycandakı səfiridir.

Bütün xəbərlər Facebook səhifəmizdə