Erməni provokasiyaları nəyə xidmət edir? - ANALİZ

Erməni provokasiyaları nəyə xidmət edir? - ANALİZ

Qalib müharibəmizdən sonra Azərbaycan özünə yeni hədəflər bəlirləməkdədir. Bu hədəflər isə yalnızca bizim tarixi torpaqlarımızdan ibarətdir. Məsələ qədim Azərbaycan torpağı olan Zəngəzur barədədir. 10 noyabr sazişində və Prezident İlham Əliyevin verdiyi bəyanatında Zəngəzurun talehi barədə əsaslar əldə edirik. Bu əsaslara görə Zəngəzur öz sahibinə qayıdır, Ermənistan da blokadadan çıxır. Bir sözlə erməni dövləti də dünya üzünə baxa biləcək. Erməni dövlətinin bu addımı qonşu ölkələrlə strateji tərəfdaşlığa da gətirib çıxaracaq.

Amma erməni tərəfi həmişəki kimi dincliyinin qədrini bilmir. Belə ki, onlar provokasiya edərək nələrəsə nail olacaqlarını düşünürlər. Onlara elə gəlir ki, bizim açacağımız atəş erməniləri yazıq duruma düşürəcək, yaranan yeni münaqişədə onlar daha çox havadar əldə edəcək və itirdiklərini geri qaytaracaqlar. Sırf bu məqsədlə onlar təyin olunmuş sərhədləri keçməyə çalışır, atəş açır, hər cür qıcıq yarada biləcək hərəkətlər edirlər.

Lakin hərbiçilərimiz peşəkarlıq nümayiş etdirir, onların bütün cəhdlərini atəş açmadan, itki vermədən boşa çıxarırlar. Ali Baş Komandanın nitqində bu cəhdlərin yenidən təkrarlanacağı təqdirdə düşmənin yerindəcə məhv olunacağı deyilirdi. Beləliklə bu ehtiyyatlı, eyni dərəcədə də qətiyyətli diplomatik və hərbi addımların atılması ermənilərə heç bir şans tanımır. Nikol Paşinyan və başqalarının əmrləri ilə Azərbaycan tərəfindən gələn güllə ilə vurulmağı gözləyən ermənilərin ən böyük istəyi ölümcül yara almamaq idi. Biz buna əldə olunmuş kadrlarda şahid ola bilərik. Onlar əsə-əsə sərhədçilərimizin önündən sərhəd keçməyə çalışırdılar. Görəsən bunu etmək üçün onalara nə qədər pul vəd olunmuşdu? Bəs əli boş geri dönən provokasiyaçıları hansı cəza gözləyirdi? Yəni bu yazıq milləti daha nə qədər təhlükəyə atacaqlar.

Digər tərəfdən görəsən onlar hansısa qüvvənin təsiri ilə provokasiyalar törədirlər? Yoxsa bu axmaqca fikir onların öz zehninin məhsuludur. Sərhədlərinə qoymaq üçün əsgər tapa bilməyən ölkə niyə münaqişə yaratmağa çalışır? Yəqin ki, onlar yer üzündən tamamilə yox olmaq istəyirlər. Çünki beynəlxalq güclər və qurumlar onların nə qədər yalançı olduğundan əmindir. Digər tərəfdən isə onlar güclərinin bu torpaqlarda keçməyəcəyini də bilirlər. Buraların öz ağası var, necə ki onlar öz gücünü isbat edərək, öz ədalətini bərpa edib.

Azərbaycan tərəfinə isə öz düşünülmüş, ehtiyatlı və qətiyyətli siyasətini davam etdirməklə bərabər, səbir eləmək qalır. Belə ki, tədricən təmin olunacaq ərazi bütövlüyümüzdə tələsmək olmaz. Əminliklə demək olar ki, xəritədə olan ani və böyük dəyişikliklər daha çox diqqət cəlb edəcəkdir. Bunun əvəzində isə Azərbaycan ehtiyatlı siyasətini yürütməklə öz ərazi bütövlüyünü tam təmin edəcəkdir. Azərbaycanın özündə belə bu fikrə inanmayanlar olsa da faktiki olaraq torpaqlarımızın qayıtması uğrunda mübarizəmiz hər saat davam edir və irəliləyir.

Buna kölgə salmağa çalışan müxalif qüvvələr də mövcuddur. Onlar nəzərə almırlar ki, hər şey danışıqda olduğu qədər sadə deyil. Bu qədər təzyiqlərə rəğmən müharibəni davam etdirmək çox çətin məsələdir. Buradakı erməni əhalini çıxarmaq isə daha çox beynəlxalq qınaq əldə etmək anlamına gəlir. Ermənilərin özü belə qərbi azərbaycanlıları İrəvandan mərhələlərlə çıxarmışdı. Qeyd edək ki, bu hadisə SSRİ-nin avtoritar dönəmində baş verib, günümüzdə kütləvi olaraq dinc əhalini köçürmək mümkünsüz görünür. Xüsusilə bu əhali ermənilərdirsə, bu prosesin sonunda soyqırım iddiaları ilə qarşılaşa bilərik. Necə ki, onlar Osmanlı dönəmindəki köçlərini soyqırım adlandırıraq dünyaya tanıtdırmaqdadırlar.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə