Zelenskinin Krım türkləri ilə bağlı QƏRARI

Ukrayna Prezidenti Vladimir Zelenski, Krım türklərinin statusunu gücləndirmək üçün “Yerli xalqlar qanun layihəsini” parlamentə təqdim edib. SİA-nın verdiyi məlumata görə, Zelenski, Krım tatarlarının sürgününü qeyd edərək etdiyi çıxışında, “Ukraynada hər kəs Krım tatarlarının dərdinə şərikdir"-dedi.

Tək bir ölkə və ailə olaraq “onlar yox biz deyirik" deyən Zelenski, bu da Ukraynada ən az 40 milyon Krım tatarının olduğu deməkdir" ifadələrindən istifadə edib.

Bu gün yerli xalqlar haqqında qanun layihəsini parlamentə təqdim etdiyini vurğulayan Zelenski, "Əminəm ki, millət vəkilləri qısa müddətdə qanunu qəbul edəcək və Ukraynanın yerli xalqlarının, xüsusən Krım tatarlarının statusunu gücləndirəcək və bunun nə olduğunu dərk edəcəklər"-deyə ifadələrinə yer verib.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə