Əli Kərimli sosial şəbəkələrdə süni ajiotaj yaratmaq istəyir

AXCP sədrinin “erməni inqilabı”nı Azərbaycan xalqına nümunə göstərməsi... Əlbəttə ki, feysbukda!

Özünün siyasi fəaliyyətini büsbütün sosial şəbəkələr üzərində quran satqın və əxlaqsız AXCP sədri Əli Kərimli gecəli-gündüzlü milli və dövlətçilik maraqlarına qarşı çalışır. Çalışır ki, qaşınmayan yerdən "qan çıxarsın". Bu, nə birinci dəfədir, nə də sonuncu. Özü kimi satqın və əxlaqsız erməni üfunəti verən hansı şəbəkələrə diqqət verirsən, o deşiklərdən Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Leyla Yunus və bu kimi hətta şeytanla da “işbirliyi quran” satqın ermənixislətli, zatıqırıqlar çıxır. Mən də söz dedim də... Ə.Kərimli və özü kimilər nə bilir “zatı” sözü nədir. Bu zatıqırıq, ancaq Azərbaycanın ildırım sürəti ilə, bəli, ildırım sürəti ilə əsrlər boyu görünməyən Qələbə, inkişaf, özü də ildırım sürəti ilə uğurlarımızı görüb daxilləri iylənə-iylənə qalaraq sosial şəbəkələrdə çirkin əməllər sahibi olduqlarını xalqı mitinqə çağırışları edirlər. Həyasızlıq bu qədər? Kimləri mitinqlərə çağırırsınız? Bu, o Azərbaycan xalqıdır ki, ölkənin Ali Baş Komandanı bir dəfə çağırış etməklə bütün xalq, bütün türk dünyası müsəlləh əsgər kimi ayağa qaxdı. Bu, o Azərbaycan xalqıdır ki, əsrlər boyu olmayan Qələbə Zəfərinə nail oldu. Bu, o çağırış idi ki, 30 illik dədə-baba torpaqlarını həmin "canavar əsgərlərimiz" mənfur donuz iyi verən, faşist xislətli işğalçı Ermənistan əsgərlərini pabaqsız, şalvarsız iti qovan kimi qovaraq 44 gün ərzində azad etdi və bu gün işğaldan azad olunan torpaqlarımızda həyat canlanır. Bütün dünyanın gözü “Xarıbülbül” kimi festivalın keçirilməsində olduğu zaman AXCP sədri Əli Kərimli sosial şəbəkələrdə süni ajiotaj yaratmaq məqsədini əsas olaraq hədəf götürür. Ancaq Azərbaycan xalqı ağı qaradan seçməyi bilir. Ancaq bu erməni iyi verən bu rəzillər, zatı qırıqlar anlamırlar ki, onların qatarı çoxdan gedib, çoxdan tarixin zibilliyinə atıb, üstündən də bir təpik vurub ki, bəsdir!!! Ancaq «qozbeli qəbir düzəltsə» də, görünür, bu xəyanətkar satqın və əxlaqsızları heç qəbir də düzəltməyəcək. Çünki beli əyri doğulublar, əyri də qalacaqlar. Sual olunur: kimin əlinə oynayırsan, Ə.Kərimli? Bir də, haqq nazilər, amma üzülməz. Bu fikri deməyə haqqım var. Çünki 28 ildən bəri erməni yalı ilə yemlənən sən Ə.Kərimli cinayətkarın, Vətən xaininin adını “siyasi məhbus” qoyaraq, cinayətkarın müdafiəsinə qalxırsan. Məqsəd xarici qüvvələrə nökərçilik etməklə qrantlar qoparmaqdır. Ancaq belələri bilməlidirlər ki, Vətənin halal çörəyinə kəm baxanın gözlərinə qan damar, özgənin (həm də düşmənin) yalı ilə bəslənənləri isə tarix heç vaxt bağışlamır. Ötən il sentyabrın 27-də işğalçı Ermənistan Azərbaycana qarşı növbəti təxribat cəhdini reallaşdırdı. Düşmən artilleriya qurğularından istifadə edərək mülki əhalini və yaşayış məntəqələrini hədəfə aldı. Azərbaycan Prezidenti, Ali Baş Komandan düşmənin hərbi təxribatının qarşısının alınması istiqamətində diplomatik siyasət aparaq həm döyüş medanında, həm də siyasi meydanda «dəmir yumruq siyasəti»lə Qələbə qazanaraq, Qalib çıxdı.

Özünün siyasi fəaliyyətini büsbütün sosial şəbəkələr üzərində quran satqın və əxlaqsız AXCP sədri bu o Əli Kərimli kimi satqınlar «Xarıbülbül» festivalına qısqanclıqla yanaşması ondan irəli gəlir ki, Şuşanı düşmənə təhvil verən də elə AXC- Müsavat cütlüyü idi. Əslində, indi paralel aparsaq, onların obrazı elə bil kollektiv Paşinyandır - savadsız, biliksiz, iradəsiz, qorxaq, fərari, idarəetmədə heç bir təcrübəsi olmayan, xarici dairələrin təsiri altında olan, onların əli ilə idarə olunan və öz ölkəsini məhv edən. Məhz buna görə də içlərini qurd yeyən Əli Kərimli kimilərin sosial şəbəkələrdə “Xarıbülbül” festivalının keçirilməsinə nə ehtiyac?”,-deməsi AXCP-Müsavat cütlüyü növbəti dəfə xain və düşmən mövqeyində olduğunu isbatlamırmı? Əli Kərimli bununla sübut etmirmi ki, əsl erməni özü və ətrafıdır! Xalq bunu görür və gördüyü üçün də artıq onları çoxdan erməni üfunəti verən tarixin zibilliyinə 2003-cü ildən atıb. Sosial şəbəkələrdə canlı yayımlara çıxıb xalq, millət, dövlət deyə millilikdən dəm vuran AXCP sədri Əli Kərimli, eləcə də onun mirzəsi Qənimət Zahid, həmçinin siyasi klounu Tofiq Yaqublu şəhərin bərpası məsələsində daş atıb-başlarını tuturlar ki, bəs qoymayın, Şuşanı dağıdırlar və s. demələri, əsl erməni şivənçiliyi deyilmi? Yəni ermənilərin Şuşa və digər işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa işlərinə qarşı çıxması, ləkə yaxmaları və s. səs-küy qaldırıb üz-gözlərini cırmaları onların düşmən (!) olduqları üçün başadüşüləndir. Və bu gün də 28 ildən sonra Cıdır düzündə «Xarıbülbül» festivalının keçirilməsindən sonra sosial şəbəkələrdə ermənilərə qahmar çıxmaqla onlara dəstək olan bu xainlər yığımının davranışlarına hansı adı vermək olar? Yəni bu ünsürlərin Şuşada aparılan işlərə “vandalizm”, “mənəvi terror” donu geyindirib hay-həşir qaldırmaları, ümumiyyətlə, anlaşılmazdır. Bilirik ki, sözləri qurtarıb, iddiaları tükənib, əllərində heç bir arqumentləri də qalmayıb, erməniləşiblər. Bir də ki, Şuşanı, Qarabağı ermənilərə satanlardan başqa hansı əməli gözləməyə dəyərdi ki..?

Bu gün AXCP sədri Vətən xaini Əli Kərimlinin “Xarıbülbül” festivalına qısqanclıqla yanaşması da təəccüb doğurmur. Elə bədbəxtlik də bundadır. Ancaq yetər bu qədər iftira dediniz! Cəmiyyət sizlərə aşırı nifrət edir, yaxın zamanlarda əlahəzrət qanun qarşısında cavab verəcəyiniz günü səbirsizliklə gözləyir! Xalqımız əmin olsun ki, Vətənə və dövlətə qarşı xəyanət yolu tutan bu satqın və naqis xəyanətkarlar gec-tez öz layiqli cəzalarını alacaqlar!

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə