2011-ci ilin may ayının 25-də "Dəsmiyə" restoranında Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyi 28 May – Respublika Gününün 93-cü ildönümünə həsr olunmuş tədbir keçirib.
Səfirlikdən SİA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyi tərəfindən Qırğız Respublikasının Jogorku Keneşin (Parlament) deputatları, Qırğız Respublikasında akkreditə olunmuş səfirlik və nümayəndəliklər, Qırğız-Türk "Manas" Universitetinin rəhbərliyi, soydaşlarımız, yerli ictimai-siyasi xadimlər, Qırğız Respublikasında akkreditə olunmuş ölkələrin və yerli kütləvi informasiya vasitələri və digər ictimai təşkilatlar da iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Səfir A.Ağayev Azərbaycan Respublikasının 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılması və bu respublika millətimizin tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyduğunu bildirib.
Tədbirdə əsas qonaq qismində iştirak etmiş Qırğızstanın Xarici İşlər Nazirliyinin stats-katibi Asein İsayev çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 93-ci ildönümü münasibətilə Azərbaycan xalqını Qırğızıstan hökuməti və öz adından təbrik edərək, Qırğızıstanda Azərbaycan Səfirliyinin açılmasının iki ölkənin siyasi-iqtisadi, və o cümlədən mədəni əlaqələrin inkişafına böyük təkan verdiyini qeyd edib.
Tədbir ziyafət və konsert proqramı ilə davam etdirilmiş və Qırğız Respublikasında akkreditə olunmuş ölkələrin və yerli kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılıb.
Bundan əlavə, Səfirlik tərəfindən Azərbaycan Demokratik Respublikasının yaranma tarixi ilə bağlı hazırlanmış press-reliz ölkənin dövlət orqanları, Qırğızıstanda akkreditə olunmuş diplomatik nümayəndəliklərə, ölkədə fəaliyyət göstərən aparıcı qazet redaksiyalarına, informasiya agentliklərinə yayılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB