“Hakimiyyət uğurunda amansız mübarizə gedir” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Bu gün Ermənistanda hakimiyyət uğurunda qızğın mübarizə gedir. Bu mübarizədə şərti olaraq müxalifət və iqtidar iştirak edir. Əslində mübarizə Qarabağdan gəlmələrlə yerli ermənilər arasında gedir”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, yerli ermənilərin maraqlarını təmsil edən indiki baş nazir əvəzi Paşinyandır: “Qarabağ klanı”nın başında isə R.Koçaryan dayanır. Yəni klanın başında 10 il prezident olmuş və Xocalı soyqırımında iştirak etmiş, alçaq bir adam olan R.Koçaryan dayanır. “Qarabağ klanı” özünün təbliğat kampaniyasında yerli erməniləri başdan çıxartmaq üçün Paşinyanı guya Türkiyənin və Azərbaycanın adamı olduğunu, torpaqları satan şəxs adlandırır, bir sözlə, onun ünvanına olmazın böhtanlarını yağdırırlar. “Qarabağ klanı”nın üzvləri Rusiyadan onlara kömək edəcəyini və hakimiyyətə R.Koçaryanın gələcəyi iddiasını dövriyyəyə buraxmaqla əhalini müəyyən qədər çaşdırmağa nail olurlar. Amma, reytinq cədvəlləri və sorğular göstərir ki, əhali içərisində ən populyar olan Paşinyan və onun “Mənim addımım” partiyasıdır və seçkilərdə də “Mənim addımım” partiyasının qələbə qazanacağını proqnozlaşdırırlar”.

Q.Hüseynli bildirdi ki, Ermənistanda hakimiyyət uğurunda mübarizə çox amansız və sərt üsullarla aparılır: “Parlament seçkilərində kimin qalib gələcəyi məsələsində şəffaflıq əsas amildir. Yəni, seçkilərdə saxtakarlıq ciddi problemlər, hətta vətəndaş müharibəsinə gətirib çıxara bilər. Güman edirəm ki, saxtakarlıq da ola bilər. Bu halda seçkilərin beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməsi çoxsaylı suallar yaradacaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə