“Ermənistan Silahlı Qüvvələri sərhədləri qorumaq istəmir” Edik Baqdasaryan

Aydındır ki, Ermənistan Silahlı Qüvvələri ölkənin sərhədlərini qorumaq istəmir və Paşinyanın özünün də elə bir qərargah rəhbərinə ehtiyacı var. SİA xəbər verir ki, bu sözləri jurnalist, "Hetq" qəzetinin baş redaktoru Edik Baqdasaryan öz Facebook səhifəsində yazıb.

O, ölkənin sərhədlərini Ermənistan Silahlı Qüvvələrinin qorumaq istəmədiyi qənaətində olduğunu açıq şəkildə qeyd edib.

“Düşmənin irəliləməsini dayandırmasanız”, deyilirsə, deməli belə bir əmriniz var. Baş qərargah rəisinə Nikol Paşinyanın belə bir əmr verib-verməməsi onsuz da ikinci dərəcəli əhəmiyyətə malikdir. Ordu komandiri onsuz da qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirmir. Milli Təhlükəsizlik Xidməti onu üç gün əvvəl həbs etməli və artıq yeni bir qərargah rəisimiz olmalı idi.

Ancaq Nikol Paşinyanın, məhz qərar qəbul etməyən, müqavimət göstərməyən belə bir qərargah rəhbərinə, qərargah rəisinə ehtiyacı var. Hətta, bir vaxtlar zabitlər Artak Davtyana rəhbərlik etdiyi hərbi hissədə belə tabe olmurdular.

Artak Davtyan döyüş meydanında heç vaxt qərar verməyib. O, 2018-ci ildə hətta düşmən mövqelərinin Naxçıvan sektorunda irəliləməsini də gizlədib, köhnə silahların alınmasına dair razılığı da ilk əvvəl o verib.
Bəli, məğlubiyyətdən sonra ordu ümidsizliyə qapıldı. Doğrudur, bərpa üçün az vaxt keçib, lakin buna cəhd belə yoxdur. Ölkə belə bir kritik vəziyyətdədir.

Düşünürəm ki, başqa çıxış yolu yoxdur. Azərbaycanlılar geri çəkilməyəcək, gördüyümüz kimi gələcək fəaliyyətlər üçün əlverişli mövqelər seçirlər. Biz Azərbaycana müharibə elan etmirik, amma sərhədləri qorumalıyıq. Spekulyasiyaların qarşısını almaq üçün üç dostumla birlikdə bu hərbi əməliyyatlarda iştirak etməyə hazır olduğumu söyləmək istəyirəm”, deyə Edik Baqdasaryan öz sosial şəbəkə hesabında yazıb.

Xatırladaq ki, Ermənistanın təxribatları nəticəsində 27 sentyabr tarixində Qarabağda yenidən hərbi əməliyyatlar başlayıb və 44 gün davam edən müharibə Ermənistanın məğlubiyyəti, baş nazir Nikol Paşinyanın kapitulyasiya, təslim sənədini imzalaması ilə nəticələnib ki, bu da işğalçı ölkədə etirazlara, ciddi narazılıqlara səbəb olub və erməni vətəndaşlar ruh düşkünlüyü yaşamaqdadırlar. Qeyd edək ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin vətəndaşları aldatması, sonda məğlubiyyət xəbərlərini açıqlaması erməniləri şoka salıb və bununla barışmaqda hələ də cətinlik çəkənlər var. Hətta, hazırda məğlubiyyətlə yanaşı, baş nazirin imzaladığı sənəd də, orada qeyd olunanlar da gizlədilir. İndi ermənilər Paşinyanın imzaladığı sənəddə qeyd olunanlardan xəbərsizdirlər və bunu gizlətməkdə məqsəd etirazlara rəvac verməməkdir. Məsələ birasındadır ki, ermənilər hələ də Qarabağda hansısa ərazinin, hansısa yerin onlarda qalacağı ümidi ilə yaşayırlar və əslində işğal etdiləri ərazilərin öz sahibinə, Azərbaycana qaytarıldığının sənəddə öz əksini tapdığı barədə məlumatsızdırlar. Təsadüfi deyil ki, sərhədlərlə bağlı məsələləri ermənilər tez-tez qaldırır və sualla öz hakimiyyətlərinə ünvanlanırlar. Elə məhz jurnalist, "Hetq" qəzetinin baş redaktoru Edik Baqdasaryanın timsalında bir çoxları delimitasiya və demarkasiya məsələlərini ərazi itgisi kimi başa düşür və bunu yanlış anlayır. Yanlışlıq da ondan ibarətdir ki, ermənilər hələ də başa düşməkdə çətinlik çəkirlər ki, Azərbaycan öz torpaqlarını geri qaytarıb və öz ərazilərinə də sahib çıxır, onu mühafizə edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə