Millət vəkili: “Parlamentdə qadınlar üçün kvotanın müəyyənləşdirilməsinin əleyhinəyəm” - MÖVQE

Millət vəkili: “Parlamentdə qadınlar üçün kvotanın müəyyənləşdirilməsinin əleyhinəyəm” - MÖVQE

Mən parlamentdə yaşlıların çoxluq təşkil etməsi ilə bağlı fikirləri qəbul etmirəm. SİA-nın verdiyi xəbərə görə, bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Rəbiyyət Aslanova həmkarı Hadi Rəcəblinin son təklifinə münasibətini bildirərkən dilə gətirib.

O bildirib ki, biliyinə, bacarığına, peşəkarlığına, cəmiyyətdə nüfuzuna görə kim seçiləcəksə, o da parlamentə gələcək.

R.Aslanova eyni zamanda parlamentdə qadınlar üçün kvotanın müəyyənləşdirilməsinin əleyhinə olduğunu bildirib: "Mən əvvəllər də kvotanın əleyhinə olmuşam, bu gün də öz mövqeyimdə qalıram. Bəlkə növbəti seçkilərdə qadınlar əlli faiz təşkil ediləcək, kvota isə 30 faiz olacaq. O zaman yerdə qalan 20 faiz neyləsin?"

Bütün xəbərlər Facebook səhifəmizdə