İngiltərə XİN rəhbərinə cavab Zaxarovadan gəldi

İngiltərə XİN rəhbərinə cavab Zaxarovadan gəldi

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova, İngiltərə xarici işlər naziri Dominik Raaba cavab olaraq, Müqəddəs Antoninin dediklərindən bir sitat gətirib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü belə bir sitatı "Danışır Moskva" radiostansiyasının efirində dilə gətirib.
"Parlaq bir Pasxa bayramında, Müqəddəs Antonidən sitat gətirərək cavab verməyə çalışacağam. Müqəddəs Antoni deyib: "Zamanın sonu gələcək, doqquz xəstə sağlam birinin yanına gəlib deyəcək ki, sən xəstəsən, çünki bizim kimi deyilsən". Hərdən adamı o düşündürür ki, xəstə təblığatla məşğul olan ölkələr ölkəmizi öz günahları ilə günahlandırırlar", deyə Mariya Zaxarova bildirib.
Xatırladaq ki, bir qədər əvvəl ingiltərə xarici işlər naziri G7 ölkələrinin nümayəndələrinə Rusiyanın "dezinformasiya və təbliğat" işləri ilə mübarizə mexanizmi hazırlamağı təklif etmişdi. Qərb siyasətçiləri dəfələrlə Rusiyanı seçkilərə müdaxilə etmək, saxta məlumatlar yaymaq və kiberhücumlar etməkdə günahlandırıblar. Moskva dəfələrlə bu cür açıqlamaları əsassız olduğunu vurğulayaraq təkzib edib. Prezidentin mətbuat katibi Dmitri Peskovun da qeyd etdiyi kimi, Rusiya öz işlərinə müdaxiləni qəbul etmir və heç vaxt da özü etmir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə