“Kiyevin Minsk-2-dən imtina etməsi artıq rəsmi mövqedir” Rusiya XİN

“Kiyevin Minsk-2-dən imtina etməsi artıq rəsmi mövqedir” Rusiya XİN

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova Ukrayna prezidenti Vladimir Zelenskinin Donbasdakı vəziyyətin həlli ilə bağlı müzakirələrin formatını dəyişdirmək barədə verdiyi açıqlamada yeni bir şey olmadığını söyləyib. SİA xəbər verir ki, bu bardə XİN rəsmisi brifinqdə deyib və RİA Novosti onun sözlərini sitat gətirib.

Qeyd edək ki, bir qədər əvvəl Ukrayna lideri "ciddi və güclü oyunçular"ın iştirakı ilə başqa bir danışıq formatını da istisna etməmişdi. Bundan əlavə, Minsk razılaşmaların dəyişdirilməsi mövzusunda da danışıb, Minsk-2 formatının daha çevik olması və bəzi məqamların yenilənməsi lazım olduğunu bildirib.
"Əslində bu açıqlamalarda yeni bir şey yoxdur. Bu vəziyyətdə söhbət Ukraynanın rəsmi mövqeyindən gedir", deyə Zaxarova bildirib.
Eyni zamanda, diplomat mövcud həyəcan verici vəziyyətdən çıxış yollarının hələ də qaldığına inandığını bildirib.
Xatırladaq ki, atəşkəsin tamamilə qadağan edilməsi, yaşayış məntəqələrində, onun yaxınlığında silah yerləşdirilməsi, hücum və kəşfiyyat, təxribat hərəkətlərini nəzərdə tutan, atəşkəsin qüvvəyə minməsini təmin edən əlavə tədbirlər Donbasda qüvvəyə minib. Həmçinin mövqelərin mühəndis avadanlığı təchizatı, təmas xəttinin yaxınlığında pilotsuz təyyarələrin istifadəsi də qadağan olunub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə