Prezident İlham Əliyev: “Qarabağ zonasında mütləq belə müəssisələr yaradılmalıdır ki, insanları biz işlə təmin edək. Həm də ki, bu zonanın potensialından maksimum dərəcədə istifadə edək”
Azərbaycan dünyəvi dövlət olaraq bütün sahələrdə dinamik inkişafdadır. Xüsusilə də, dünyada sənayenin yeni modellərinin tətbiqi ilə inkişaf etdirilməsi böyük əhəmiyyət kəsb edir. Qlobal çağırışlarla uzlaşan sənaye parkları və sənaye məhəllələri, aqroparklar kimi mütərəqqi mexanizmlər innovativ müəssisələrin yaradılması, ixracyönümlü məhsulların istehsalının genişləndirilməsi üçün yeni imkanlar açır. Xüsusilə də, son illər ölkəmizdə yaradılan sənaye park və məhəllələri bu sahədə fəaliyyət göstərən kiçik və orta sahibkarların dəstəklənməsinə, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına xidmət edir.
Məhz Azərbaycan Prezidentinin təşəbbüsü və dəstəyi ilə həyata vəsiqə alan aqroparkların yaradılması ölkə iqtisadiyyatında ən səmərəli iqtisadi model kimi həyata vəsiqə almaqla, ölkəmizdə fəaliyyət göstərən kiçik və orta sahibkarların dəstəklənməsinə, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına xidmət edir. Hazırda ölkəmizdə Sumqayıt Kimya Sənaye, Balaxanı, Qaradağ, Mingəçevir və Pirallahı sənaye parkları, Sumqayıt Texnologiya Parkı, Yüksək Texnologiyalar Parkı və Mingəçevir Yüksək Texnologiyalar Parkı, Neftçala, Masallı sənaye məhəllələri fəaliyyət göstərir.
Növbəti – Hacıqabul Sənaye Məhəlləsi fəaliyyətə başladı
Aprelin 20-də Prezident İlham Əliyevin Hacıqabula səfəri və səfər çərçivəsində açılışını etdiyi Hacıqabul Sənaye Məhəlləsi ərazisi və investisiya dəyərinə görə Azərbaycanın ən böyük müvafiq obyektidir.
Ötən gün Prezident İlham Əliyevin iştirakı ilə Hacıqabul Sənaye Məhəlləsinin açılış mərasimi baş tutub. Dövlət başçısı əvvəlcə sənaye məhəlləsində yerləşən “Azərmaş” zavodu ilə tanış olub.
Məlumat verilib ki, bu müəssisə illik 1 500 vahid yük və xüsusi təyinatlı avtomobil istehsal etmək imkanına malikdir. Bildirilib ki, zavodda istehsal xətti yaxın iki ayda işə düşəcək.
Müəssisə Hacıqabul rayonunda 100 nəfərdən çox insanın məşğulluğunu təmin edəcək. Bu zavodda Özbəkistan və Rusiya ilə birgə layihələr icra olunacaq. Beləliklə, müəssisənin istifadəyə verilməsi rayonun iqtisadi inkişafı üçün böyük təkan olmaqla yanaşı, ölkədə avtomobil sənayesinin formalaşmasında mühüm rol oynayacaq.
Hacıqabul Sənaye Məhəlləsində yaradılan müəssisələrdən biri də “Elberg” tikinti materialları üçün avadanlıqların istehsalı zavodudur. Bu müəssisə Azərbaycanda ilk təcrübədir. Zavodla tanış olan dövlət başçısı müəssisəni işə saldı. Məlumat verildi ki, burada tikinti materialları - gips, əhəng, kərpic, alçipan və digər inşaat materialları istehsal edən zavodların layihələndirilməsi və quraşdırılması həyata keçiriləcək.
Öz növbəsində, dövlət başçısı bildirib ki, Hacıqabul Sənaye Məhəlləsinin inkişafı ilə bağlı əlavə göstərişlər verilib. Əlavə beş müəssisə yaradılacaq.
“2017-ci ildə mənim Sərəncamımla yaradılan bu Sənaye Məhəlləsi artıq beş müəssisəyə sahibdir. Onların açılışı bu gün olub. Bu müəssisələrə də on milyonlarla manat sərmayə qoyulub. Bu da dövlət tərəfindən irəli sürülən təşəbbüsdür. Biz sahəni müəyyən etdik, infrastruktur layihələri icra etdik, bütün kommunikasiyaları çəkdik, hətta anqarları da dövlət hesabına inşa etdik. Sahibkar da gəlib burada öz sərmayəsini qoyub və müasir səviyyəli məhsullar istehsal olunur. Bu məhsullar da daxili tələbatı təmin edəcək”, - deyə İlham Əliyev qeyd edib.
Qeyd edək ki, Hacıqabul Sənaye Məhəlləsində ümumilikdə müxtəlif istehsal sahələri üzrə 10 müəssisə qurulub və sahibkarlar tərəfindən bu layihələrin icrasına 45,44 mln. manat investisiya cəlb olunub. Sənaye Məhəlləsində mövcud layihələr üzrə 364 iş yerinin yaradılması nəzərdə tutulub.
Göründüyü kimi, ölkədə son illər həyata keçirilən kompleks tədbirlər nəticəsində sənaye sahəsində əldə edilən göstəricilər bir daha sübut edir ki, Azərbaycan artıq regionun güclü sənaye mərkəzinə çevrilir.
Hacıqabul Sənaye Məhəlləsində yaradılan müəssisələrdən biri də “Elberg” tikinti materialları üçün avadanlıqların istehsalı zavodudur. Bu müəssisə Azərbaycanda ilk təcrübədir. Zavodla tanış olan dövlət başçısı müəssisəni işə saldı. Məlumat verildi ki, burada tikinti materialları - gips, əhəng, kərpic, alçipan və digər inşaat materialları istehsal edən zavodların layihələndirilməsi və quraşdırılması həyata keçiriləcək.
Öz növbəsində, dövlət başçısı bildirib ki, Hacıqabul Sənaye Məhəlləsinin inkişafı ilə bağlı əlavə göstərişlər verilib. Əlavə beş müəssisə yaradılacaq: «2017-ci ildə mənim Sərəncamımla yaradılan bu Sənaye Məhəlləsi artıq beş müəssisəyə sahibdir. Onların açılışı bu gün olub. Bu müəssisələrə də on milyonlarla manat sərmayə qoyulub. Bu da dövlət tərəfindən irəli sürülən təşəbbüsdür. Biz sahəni müəyyən etdik, infrastruktur layihələri icra etdik, bütün kommunikasiyaları çəkdik, hətta anqarları da dövlət hesabına inşa etdik. Sahibkar da gəlib burada öz sərmayəsini qoyub və müasir səviyyəli məhsullar istehsal olunur. Bu məhsullar da daxili tələbatı təmin edəcək».
“Qarabağ zonasında da sənaye parkları yaradılacaq”
Vətən müharibəsi nəticəsində 30 ilə yaxın dövr ərzində işğal altında qalan ərazilərin azad edilməsi Azərbaycan iqtisadi imkanlarını daha da genişləndirməyə əlverişli şərait yaradıb. İşğaldan azad edilən ərazilərin sənaye potensialı kifayət qədər yüksəkdir. Zəngin su təchizatı, elektrik enerjisi, sənaye reaksiya imkanları və zəngin faydalı qazıntılar, azad olunan ərazilərin sənaye potensialının karkasını təşkil edir. Bu amillər onu deməyə əsas verir ki, azad edilən ərazilərin sənaye imkanları yaxın zamanlarda ölkə iqtisadiyyatında əlavə dəyər yaradacaq.
Azərbaycan Prezidenti, həmçinin bildirib ki, Qarabağ zonasında da sənaye parkları yaradılacaq və bu istiqamətdə hazırda İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq işlər görülür: “Qarabağ zonasında mütləq belə müəssisələr yaradılmalıdır ki, insanları biz işlə təmin edək. Həm də ki, bu zonanın potensialından maksimum dərəcədə istifadə edək”.
Beləliklə, modern sənayeləşmə Azərbaycanın iqtisadi qüdrətinin daha da yüksəlməsinə real zəmin yaradır. İlham Əliyevin illər öncə söylədiyi fikir bu gün təsdiqini tapır. Dövlət başçısı deyirdi ki, Azərbaycanın qeyri-neft sənayesinin inkişafı üçün tikilən bütün sənaye park və məhəllələri, zavod və fabriklər bir müddətdən sonra ölkəyə böyük həcmdə valyuta gətirəcək. Artıq bu gün ölkəmizin ixrac-idxal əməliyyatlarında müsbət saldo yaranır. Dünya bazarına “Made in Azerbaijan” brendi ilə çıxan məhsullarımızın həm çeşidi, həcmi artır, həm də çoğrafiyası genişlənir. Bu gün sənaye park və məhəllələrimizdə istehsal olunan məhsullar dünyanın müxtəlif ölkələrinə ixrac edilir.
Bir sözlə, əminliklə deyə bilərik ki, İlham Əliyevin müəllifi olduğu bu layihələr Azərbaycana böyük iqtisadi dividentlər qazandırır. Hacıqabulun Atbulaq kəndinin ərazisində yaradılan Azərbaycanın ən böyük sənaye məhəlləsi isə nəinki bu kəndin, hətta ətraf kəndlərin də əhalisi üçün geniş imkanlar açacaq.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB