“Prezidentin Qarabağa hər səfəri xüsusi mesajlarla yadda qalır” ÖZƏL-MÜNASİBƏT
"Azərbaycan Prezidenti İlham Əliyevin Zəngilan və Cəbrayıla səfəri olduqca ciddi əhəmiyyətə malikdir. İlk öncə ona görə ki, həmin torpaqlar işğaldan məhz müzəffər Ali Baş Komandanımızın öz rəhbərliyi altında azad olunub". Bunu SİA-ya açıqlamasında Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev deyib.
Milli Məclisin deputatı bildirib ki, artıq Qarabağda yeni infrastrukturların yaradılması dövrü başlayıb və çox tezliklə illərdir öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız əzəli torpaqlarına tam şəkildə geri qayıdacaqlar: "Başqa bir nüans isə odur ki, cənab Prezidentin Qarabağ bölgəsinə hər səfəri xüsusi mesajlarla yadda qalır və insanlar üçün də bu məqam olduqca əhəmiyyətli bir stimul, güc, ümid, gələcəyə inam deməkdir. Məlumunuzdur ki, Cəbrayılın girişində əvvəllər mövcud olmuş tarixi sütun, Cəbrayıla girişi ehtiva edən abidə yenidən eyni dizaynla bərpa edilib və cənab Prezident həmin tikilinin açılış mərasimində şəxsən iştirak etdi. İllər sonra həmin nöqtədə yenidən Azərbaycan dilində qarşılanma mesajı, cümləsi gördük".
E.Musayev onu da bidirib ki, Cənab Prezidentin öz ailəsi ilə bərabər çəkdirdiyi möhtəşəm fotolar da Qarabağa qayıdışın, xoşbəxt gələcəyin ən dolğun, əsrarəngiz rəmzlərindən biridir: "Üstəlik, eyni adlı kontekstdə ən böyük xüsusat, qürurverici məqam bilirsinizmi nədir? – Cənab Prezidentin əzmi və bizləri Qarabağa qovuşdurması. Daha dəqiq söyləsəm, Azərbaycanın qələbəsi möhtərəm Prezidentin yürütdüyü məqsədyönlü siyasət nəticəsində mümkün olub. Bizi qalib edən sərkərdə, Cənab İlham Əliyev müharibədən öncəki bütün çıxışlarında, söylədiyi bütün nitqlərdə deyirdi ki, biz doğma Qarabağa qayıdacayıq. O, hər zaman olduğu kimi, yenə sözünü tutdu və vədinə əməl etdi. Bizi Zəngilanlı, Cəbrayıllı, Şuşalı və bütövlükdə Qarabağlı günlərə qaytardı. Ərazi bütövlüyümüzü bərpa etdi və bu gün böyük xilaskarın özü artıq mesajlarını Qarabağdan ünvanlayır, dəyərli fikirlərini əzəli torpaqlarımızda söyləyir, gələcəklə bağlı planlarını, tövsiyələrini doğma Qarabağımızdan elan edir. Şükür bu günə. Tanrı hər zaman Azərbaycan xalqını sevindirsin. Çünki bu xalq sevinməyə, qalib olmağa, hər zaman yüksəklərdə qərarlaşmağa layiq bir xalqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB