Erməniyə xidmət edən antimilli toplum: AXCP-Müsavat “erməni soyqırımını” tanıdı...

Erməniyə xidmət edən antimilli toplum: AXCP-Müsavat “erməni soyqırımını” tanıdı...

Bunun isə bir adı var- dövlətə və vətənə xəyanət

Bu, gözlənilən idi. Çünki AXCP-Müsavat Azərbaycanın uğurlarına, təcavüzkar faşist Ermənistanın istər 2016-cı ilin Aprel döyüşlərində, istər ötən il sentyabrın 27-də başladığı təxribatla bağlı ölkənin 50 siyasi partiyaları birlikdə bəyanat qəbul edərək həmrəylik göstərdikləri halda, 30 illik dədə-baba torpaqlarının həsrətinə Ali Baş Komandanımızın «dəmir yumruq» siyasəti ilə Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərimizin igidliyi, xalqımızın birliyi nəticəsində 44 gün ərzində Qələbə Zəfəri qazandıq. Xalqımız, bütün türk dünyası, bir çox dövlətlər, beynəlxalq təşkilat və siyasi partiyalar dəstək olmaqla sevincimizə şərik oldular. Ancaq...

AXCP-Müsavat anti-dövlətçilik çıxışları ilə erməni dəyirmanına su tökməklə...

Bəli, kifayət qədər faktlara əsaslanan amillərdən biri də budur ki, birillik AXC-Müsavat hakimiyyətinin bəzi təmsilçiləri istər iqtidarda olduqları dövrdə, istərsə də müxalifətdə olduqları zaman yalnız anti-milli, dağıdıcı mövqe tutaraq, Azərbaycan dövlətçiliyini, onun müstəqilliyini sarsıtmaq məqsədilə əməli fəaliyyət göstəriblər. O da sirr deyil ki, müxalifətçi partiya sədri adı altında maskalanan AXCP sədri Əli Kərimli və onun yandaşları, ümumiyyətlə, yaxın ətrafı qarşısında dayanan əsas məqsəd dövlətimizin strateji hədəflərinin sabotaj olunması, dövlətimizin beynəlxalq aləmdə qazandığı yüksək nüfuzuna xələl gətirməsidir. Bu baxımdan, biz çoxsaylı sübutlar gətirməklə nəticəyə gələ bilərik ki, Əli Kərimlinin fəaliyyəti və irəli sürdüyü iddialar ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi informasiya müharibəsinin başlıca istiqamətləri ilə tam şəkildə üst-üstə düşür. Artıq bu, bir aksiomaya çevrilib. O da bəllidir ki, uzun müddətdir ki, AXCP adlı pərdələnmiş təşkilat başda olmaqla, eləcə də sosial şəbəkələrdə fəaliyyət göstərən məlum qrup Əli Kərimlinin sifarişlərinə uyğun olaraq ölkə və xalq üçün ən taleyüklü məqamlarda belə düşmənin informasiya təxribatlarına bəhanə, stimul və dəstək verirlər. Onlar qınanıldıqda isə, Kərimlinin ən çox sevdiyi "silah" - söyüş və təhqir kampaniyasına start verilir. Sadə bir fakta əsaslanaq. Aprel ayının ilk dörd günündə cəbhədə baş verən məlum hərbi əməliyyatlardan sonra ictimai rəy məhz bu faktorun şahidinə çevrildi. Daha dəqiq desək, heç də təsadüfi deyil ki, Azərbaycanın həm cəbhə xəttində, həm də danışıqlar masası arxasında mühüm üstünlük əldə etdiyi indiki məqamda Əli Kərimli və onun yaxın ətrafı daxildə vəziyyəti gərginləşdirməyə xidmət edən çağırışlar irəli sürməyə başlayıb. Əsas məqsəd ictimai rəyi yanlış istiqamətə yönəltmək, xalqın vətənpərvərlik ruhunu, xalqla hakimiyyət arasında birliyi sarsıtmaq və bununla da dövlətimizin əldə etdiyi mühüm nailiyyətin əhəmiyyətini heçə endirməkdir. Hazırda Azərbaycanın əldə etdiyi üstün mövqeyə dəstək vermək əvəzinə, Əli Kərimli və onun rəhbərlik etdiyi AXCP, onun sosial mediadakı söyüş qrupları tam əks-mövqe tutaraq, erməni dəyirmanına su tökməklə məşğuldurlar. Bununla, qaragüruhçu dəstə xalqın Azərbaycan Prezidentinin yürütdüyü siyasətə etimadının və dəstəyinin daha da yüksəldiyi, cəmiyyətlə hakimiyyət arasında birliyin daha da sıxlaşdığı, Milli Ordumuzun zəfərinin xalqda yüksək əhval-ruhiyyə və Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunduğu bir vaxtda, Əli Kərimli əsl düşmən xislətini bir daha açıq şəkildə ortaya qoymuş olur. Əsl düşmən kimi uğurumuzu uğursuzluq, qələbəmizi məğlubiyyət kimi qələmə verməklə və hakimiyyəti ittiham hədəfinə çevirməyə cəhd göstərməklə! Ancaq Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası milli həmrəylik nümayiş etdirə bilmədilər. Özlərini xalqın, millətin yanında olduqlarını göstərməyə çalışan Müsavat Partiyası və AXCP Vətənimizin bu ağır günündə, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatlarına digər siyasi partiyalarla birlikdə dəstək vermədilər. Vətən torpaqlarının düşmən tapdağından azad edilməsinə sevinməyərək, düşmən dəyirmanına su tökdülər. Çünki bu partiyalar...

AXC-Müsavat cütlüyü torpaqlarımızın işğal altına düşməsinə imkan yaratmışdı

Dövlətimizin başçısı dəfələrlə müsahibələrində, görüşlərində, çıxışlarında müstəqilliyimizin ilk illərində AXCP-Müsavat cütlüyünün yarıtmaz fəaliyyətindən geniş bəhs edərək bildirmişdir ki, 1990-cı illərin əvvəllərində Azərbaycanın o vaxtkı rəhbərliyi – AXC-Müsavat cütlüyü torpaqlarımızın işğal altına düşməsinə imkan yaratdı: «Yəni, onların xəyanəti, satqınlığı, fərariliyi nəticəsində torpaqlarımız işğal altına düşmüşdür. Azərbaycan, - əgər belə analogiya aparmaq mümkündürsə, - Qarabağı tərk etmişdi. Biz 2016-cı ildə torpaqlarımızın bir hissəsini qaytardıq, işğalçıları o torpaqlardan qovduq və o ərazilərə həyat qayıtdı, vətəndaşlar qayıtdı, Azərbaycan qayıtdı. Əminəm ki, Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş «Qarabağ» yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!". Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında hərbi qulluqçularla görüşdə bildirmişdir ki, AXC-Müsavat cütlüyünün xəyanəti hesabına, bunun nəticəsində Şuşa və Laçın işğal altına düşdü, çünki onlar üçün hakimiyyətə gəlmək hər şeydən vacib idi: «Xalq Cəbhəsi-Müsavat xəyanətkarları, onların əməlləridir. Ancaq qorxdular, heç burunlarını soxa bilmədilər. Çünki xalq ayağa qalxdı, dedilər ki, gələn kimi sizi burada məhv edəcəyik. Vətəndaş müharibəsinə start verdilər, Gəncəni bombaladılar, Azərbaycan əsgərlərini əsir götürdülər, torpaqlar işğal altına düşə-düşə. Bu, xəyanət deyil, bəs nədir? 1993-cü ilin aprelində Kəlbəcəri düşmənə təhvil verdilər. Ondan sonra da təşvişə, qorxuya düşdülər, depressiyaya düşdülər. Bu günə qədər də bu depressiyadan çıxa bilmirlər və öz canlarını qurtarmaq üçün o vaxt məcbur olub Heydər Əliyevə müraciət etdilər ki, onları burada - Prezident Aparatının qarşısında asmasınlar. Onların dar ağacı hazır idi. Azərbaycan xalqı cəmi 1 il onlara dözdü. Amma görün 1 il ərzində nə qədər böyük ziyan vurdular. Torpaqlarımız əldən getdi, Ordunu məhv etdilər, vətəndaş müharibəsinə start verdilər, qardaş qanını tökdülər! Ona görə də mən deyəndə ki, bunlar xəyanətkardır, satqındır, düşməndir, məhz buna əsaslanaraq, tarixi faktlara əsaslanaraq deyirəm. Onların bu mənfur xisləti bu gün də özünü büruzə verir. İkinci Qarabağ müharibəsi zamanında da altdan-altdan bizim Ordumuza şər ataraq, haqq işimizə şər ataraq düşmənin dəyirmanına su tökdülər. Ona görə də bu tarixi bilmədən bugünkü reallığa düzgün qiymət vermək mümkün deyil. Məhz Azərbaycan xalqının dəstəyinə arxalanaraq Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndən sonra bütün xoşagəlməz hallara son qoyuldu". Bu gün isə, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar ABŞ prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyinə dair bəyanat qəbul etdiyi halda ....

AXCP-Müsavat “erməni soyqırımını” tanıdı

Azərbaycandakı siyasi partiyalar ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı mövqeyinə dair bəyanat qəbul edərkən Müsavat Partiyası və AXCP yenə kənarda qaldılar. AXCP sədri Almaniya bundestaqının qərarına görə Türkiyə və Azərbaycan iqtidarlarını qınadı: "Açıq etiraf etmək lazımdır ki, bugünkü qətnamənin qəbul edilməsində Türkiyə hakimiyyətinin və qismən də Azərbaycan hakimiyyətinin səhv siyasətlərinin də ciddi payı var".

Nə qədər həyasız, çörəyi dizinin üstündə olan, mənəviyyatsız, əxlaqsız, millətə, dövlətə xain olasan belə danışasan. Satqınçılıqla ömür sürmək insan deyil, iblislikdir. Belə ki, o, Almaniya parlamentinin “erməni soyqırımı”nı dəstəkləyən qərarını şərh edərək, özünün facebook səhifəsində Türkiyə və Azərbaycan iqtidarlarını suçlayıb. Bu addım heç şübhəsiz ki, birbaşa mənası ilə, erməniləri və bu cür hərəkəti edən Almaniya parlamentini dəstəkləmək deməkdir. Üstəlik, burada Azərbaycan hakimiyyətini qınamaq daha absurd addımdır. Bax, deyəndə ki, Ə.Kərimli sən iblissən, xəyanətkar, cinayətkarsan - başdan-ayağa həyat xronologiyan bunu təsdiq edir. Gör sənin kimi erməniyalağı Türkiyə kimi qüdrətli bir ölkənin bütün müqavimətinə rəğmən qəbul olunan xain qərara görə Azərbaycan iqtidarını suçlayaraq, Ermənistanı «çox demokratikləşmiş ölkədir» deyirsən. Səbəb nədir? Əli Kərimli və ona yaxın media niyə hər zaman Türkiyəyə qarşı olursan? Çünki bu satqınlığı ilə açıq-aydın erməniyə "dayı", "dost" deməklə nə qədər böyürsən də, AXCP-Müsavat kimiləri tarixin erməni üfunəti verən zibilliyinə atıblar. Və bu gün Azərbaycandakı siyasi partiyaların ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı mövqeyinə dair bəyanata qoşulmamaları, heç bir etirazlarını bildirməməsi bu vaxta qədər səslənən onların xaricdən idarə olunması ilə bağlı iddiaların bilavasitə öz təsdiqini tapmasıdır. Onların etiraz etməməsinin səbəbi hamıya bəllidir. Məqsəd Azərbaycanın bu uğurunu həzm edə bilməmək, hər vasitə ilə dayandırmağa və ölkəni geriyə sürükləmək üçün ölkəmiz əleyhinə, onun imicinə zərbə vuran hərəkətlərə əl atırlar. Bunu isə bir adı var - dövlətə və vətənə xəyanət.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə