Bu sayda miqrantın iyunun 15-nə qədər Rusiyanı tərk etməsi mümkünsüzdür - Arzu Nağıyev

“Rusiyanın daxili işlər nazirinin müavini Aleksandr Qorovoy bunu 16 aprel 2021 ci il tarixdə Sankt Peterburqda MDB PA plenar iclasında öz çıxışında 120 min azərbaycanlının Rusiyada qeyri-qanuni yaşadığını söyləməsi Azərbaycanda həm seçicilər, həm də vətəndaşlar arasında müəyyən ajiotaja səbəb olur. Ancaq orada elə də qorxulu bir məsələ yox idi”. SİA-nın məlumatına görə, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Arzu Nağıyev deyib.

Deputat bildirib ki, 15 iyuna qədər Ruiyada nə qədər qanunsuz miqrant varsa, ya leqallaşmalı, ya da Rusiyanı tərk etməlidirlər: "Nəzərinizə çatdırım ki, bu gün Özbəkistanın 332 min, Tacikistanın 247 min, Ukraynanın 152 min, Azərbaycanın 120 min, Qırğızıstanın 115 min, Ermənistanın 61 min, Moldovanın 56 mini, Qazaxıstanın 49 min vətəndaşı qeyri-qanuni Rusiyada yaşayır”.

A.Nağıyev vurğulayıb ki, ümumilikdə Rusiyada olan qanunsuz miqrant sayı 1 milyon 176 min nəfərdir: “İyun ayının 15-nə qədər heç kim oranı tərk etmək iqtidarında deyil, nə də buna miqrantları heç kim deport edə bilməz. Sadəcə olaraq orada qanunsuz miqrantlar müvafiq qurumlara müraciət edərək öz işlərini leqallaşdırmalıdırlar”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə