Cəmil Həsənli “Sərhədsiz Reportyorlar”ın “hesabatından” necə həvəslənir? FAKTOR
Bu adam övladının mənəviyyatsız, utancverici, qüsurlu və pozğun hərəkətlərini təhlil edərək nəticə çıxarması, diz çöküb yalvarması, üzr istəməsi, yerin dibinə girməsi əvəzinə utanıb-qızarmadan ictimai rəy arasında var-gəl edir, adıçəkilən qurumun hazırladığı böhtan dolu “hesabatından” vəcdə gəlir, “çiçəyi çırtlayır”
Nə qədər təəccüblü görünsə də, “Milli Şura”nın sədri Cəmil Həsənlinin yenidən ortalığa düşərək özünü “aydan-arı, sudan duru” qismində nümayiş etdirməsi, sosial şəbəkə vasitəsi ilə “siyasi bilgin” donuna girməklə proseslərə qiymət verməsi istər-istəməz bu sualları ortaya çıxarır. Məsələn, suallar yaranır ki, Cəmil Həsənli qızı ilə bağlı məlum rüsvayçı videogörüntünün sosial şəbəkələrdə yayılmasından sonra abrına qısılaraq bir kənarda dayanması, yaxud istefaya gedib boynunda silinməz damğa qoyan çirkabın hesabını özü-özündən (ya da qızından) soruşması yerinə hansı üzlə cəmiyyət arasında çıxıb “ağıllı-ağıllı” fikirlər səsləndirir? Yaxud, illərdir ABŞ-da “mühazirələr” söylədiyini bəhanə edərək, oradan müxalifətin “lideri” olduğunu bildirən Cəmil Həsənli hansı dəlil və sübutları ortaya qoymaqla deyə bilər ki, okeanın o tayında erməni lobbisinin təsiri altında fəaliyyət göstərən anti-Azərbaycan dairələrlə iş birliyində deyil? Azmı olub onun ermənipərəst senator və konaqersmenlərlə Azərbaycan əleyhinə apardığı iş birlikləri?
Bir insanda ki, ləyaqət və heysiyyat hissi olmadısa, ondan istənilən anormallıq davranışını gözləməyə dəyər
Elə götürək, uzun illərdir ki, “Sərhədsiz Reportyorlar”ın Azərbaycana qarşı hazırladığı qərəzli “hesabatını” və Cəmil Həsənlini də bu “hesabat” ətrafında nümayiş etdirdiyi siyasi təlxəkliyini. Bu adam övladının mənəviyyatsız, utancverici, qüsurlu və pozğun hərəkətlərini təhlil edərək, nəticə çıxarması, diz çöküb yalvarması, üzr istəməsi, yerin dibinə girməsi əvəzinə utanıb-qızarmadan ictimai rəy arasında var-gəl edir, adıçəkilən qurumun hazırladığı böhtan dolu “hesabatından” vəcdə gəlir, “çiçəyi çırtlayır”. Nə edəsən, bir insanda ki, ləyaqət və heysiyyat hissi olmadısa, ondan istənilən anormallıq davranışını gözləməyə dəyər.
Lakin Cəmil Həsənlinin fəaliyyəti, “kimliyi” barədə çox yazılıb və çox deyilib, ona görə də bu fərdin şəxsi “keyfiyyətlərini”, həmçinin onun Azərbaycan dövlətinin, iqtidarının, xalq-hakimiyyət sarsılmaz birliyinin uğurlarından, Qarabağ zəfərindən, xalq-Prezident vəhdətindən açıq-aşkar şəkildə, hətta düşməncəsinə qısqanclıq hissi keçirdiyini bir kənara qoyaraq, onun ucuz diqqətinə “Sərhədsiz Respoertyorlar”ın fəaliyyətinin görtünməyən tərəflərini ifşa edərək çatdırmağı lüzum gördüm.
“Sərhədsiz Reportyorlar”ın təsisçisi Robert Menard vaxtı ilə Mərkəzi Kəşfiyyat Agentliyinin əməkdaşı olub və əsas maliyyə dəstəyini USAİD və NED təşkilatlarından alıb
Beləliklə, dəyərsiz “professor” Cəmil Həsənli bəh-bəhlə “Sərhədsiz Reportyorlar”ın sərsəm “hesabatını” öz dar düşüncəsi ilə təhlil edərkən bilməlidir ki, bu təşkilatının təsisçisi Robert Menard vaxtı ilə Mərkəzi Kəşfiyyat Agentliyinin (MKA) əməkdaşı olub və əsas maliyyə dəstəyini USAİD və NED (Milli Demokratiya İnstitutu) təşkilatlarından alıb. Bu təşkilatlar isə bilavasitə Corc Sorosun milyardları altında müxtəlif ölkələrdə, xüsusilə post-sovet məkanında dövlət çevrilişləri, rəngli inqilablar həyata keçirməklə siyasi bizneslərini inkişaf etdirirlər. Ancaq çox hörmətsiz Cəmil Həsənlinin də bu informasiyalardan bixəbər olmadığını demək olmaz. Çünki onun Amerikanın müxtəlif xüsusi xidmət qurumları və təşkilatları ilə Azərbaycan dövləti üzərinə qısqırdılması artıq bütün çılpaqlığı ilə görünməkdədir. Və bu gün ABŞ-da oturaraq özünü “müxalifətin lideri” kimi zorla ictimai rəyə sırıyan Cəmil Həsənli Qarabağın azad olunmasının əleyhinə çıxan ermənipərəst xarici təşkilatlar qədər bu hadisədən təlaşlanıb. Belə olmasa idi xalqın Ali Baş Komandanına sevgisinə qarşı özünün sərsəm düşüncələri ilə münasibət bildirməzdi!
Cəmil Həsənli faşist baxışlı bir şəxsin təsis etdiyi təşkilatı dəstəkləyir
Cəmil Həsənlinin diqqətinə məşhur kanadalı jurnalist Jean-Guy Allar tərəfindən Robert Menart haqqında xüsusi ifşaedici kitabındakı fikirlərini link vasitəsi ilə çatdırmaq yerinə düşərdi:
https://www.amazon.fr/dossier-Robert-M%C3%A9nard-Reporters-fronti%C3%A8res/dp/2894853068
Daha bir faktı diqqətə çatdıraq: Jean-Guy Allar ABŞ-ın “müqəddəs üçlüyü” kimi tanınan MKA, USAİD və NED təşkilatlarının “Sərhədsiz reportyorlar” kimi təşkilatları dəstəkləməsinə başqa bir kitab həsr edib. Link aşağıda:
https://www.goodreads.com/book/show/37537749-usaid-ned-y-cia---la-agresi-n-permanente
Menardın özü haqqında isə görün Vikipediyada nələr yazılıb. Belə ki, bu şəxs 2014-cü ildə aşırı sağçı “Ayağa qalx Fransa” partiyasının və Milli Cəbhənin dəstəyi sayəsində Bezye şəhərciyinin meri seçilib. Özünün mövcud siyasi baxışlarını “reaksiyaverici” kimi təqdim edir, ölüm hökmünün bərpası tələbini irəli sürür və s.
Bu adam Fransa qanunvericiliyini pozmağa cəhd etməklə məktəblilərin dini mənsubiyyətlərinin qeydə alınmasını tələb edib, kabab restoranlarının bağlanmasına qarşı çıxıb, həmçinin mer olduğu şəhərdə yerləşən qaçqınlar düşərgəsinə gedərək, oradakılara görə heç də sevinmədiklərini, qaçqınların rədd olub getmələrini bildirib. Bir sözlə, bu şəxs özünün faşist baxışları ilə məşhurdur!
Beləliklə, təkcə bu faktın özündən hansı nəticələrə gəlmək olar? Misal üçün, əgər bu gün “Sərhədsiz Reportyorların” əsassız “hesabatından” vədcə gələn Cəmil Həsənli ağzını şeytan yoluna qoyaraq danışırsa, demək ki, bu qurumun kökündə dayanan bir sıra məsələlərdən də halidir və belədirsə, demək, Azərbaycan xalqının, dövlətinin maraqlarına qarşı çıxmaqla gerçək düşmənçilik nümayiş etdirir. Düşmənin isə ağı-qarası olmur...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB