"Addımınız” Gümrüdən başladı və Sünikdə sona çatdı. Nikol Paşinyan, Ermənistan üçün bədnam və dağıdıcı siyasi karyeranız artıq bitdi. İnsanlar arasında nə qədər tez-tez gəzirsinizsə, daha tez bir zamanda ümummilli dəstəyinizin olmadığına əmin olursunuz.” SİA xəbər verir ki, bu barədə “Üçüncü güc” siyasi təşəbbüsünün üzvü Artak Tovmasyan öz Facebook səhifəsində yazıb.
“Sünik sakini gücünü, iradəsini göstərdi və gizli şəkildə Süniki ziyarət etmək istəyən baş naziri gözləmədiyini nümayiş etdirdi. Hansısa bir erməninin ləyaqəti, hansısa bir erməninin şərəfi varsa, bu şərəfin nə olduğunu başa düşürsə boş otura bilməz və ayaq üstə dayanmalı, birlikdə məğlub hakimiyyəti dövlətin sükanı arxasından uzaqlaşdırmalıdır.
“Adımınız” Gümrüdən başlasa da Sünikdə bitdi və bu gün Ermənistan Respublikasının vətəndaşları tərəfindən, ictimaiyyət tərəfindən rədd edildi. Artıq ölkənin baş nazirə güvənmədiyini birdəfəlik başa salmaq üçün digər icmalarda da eyni yanaşma edilməlidir. Səfərlərinizlə insanlar tərəfindən nə qədər çox qəbul edildiyinizi göstərməyə çalışarkən, sizə olan nifrəti görür və gedişinizi bir o qədər sürətləndirirsiniz.
Erkən seçkilərlə bizi aldatmayın. Əsir, itkin düşmüş və yaralananlarla məşğul olmaq əvəzinə bir təşviqat kampaniyasına başladınız. Birdəfəlik bilin ki, Sünikdə başınıza gələn, yəni sizing qovulmağınız onu göstərir ki, hakimiyyətdə qalmağa haqqınız yoxdur və bu haqqı cəmiyyət sizə vermir. İnsanları aldadaraq, cəmi 44 gün ərzində müharibəni rüsvayçılıqla uduzdunuz və eləcə də təslim sənədini imzaladınızsa, hakimiyyətdə qalmağa mənəvi haqqınız da yoxdur. Hakimiyyətin bu məğlubiyyətdə bir daha xalqı günahlandırması əxlaqsızlıqdır.
Vətəndaşların əgər ləyaqətləri, vətənpərvərlikləri varsa, oyansınlar, hadisələrə laqeyid yanaşmasınlar, təhqir olunmalarına dözməsinlər. İndi Paşinyanın ortaya atdığı oyun ağ-qara seçkisi deyil. Bu, ermənilər qarşısında qoyulan qürur və ləyaqətin olub-olmaması barədə bir sualdır”, deyə A. Tovmasyan öz səhifəsində yazıb.
Xatırladaq ki, Ermənistan tərəfinin törətdiyi təxribatlar nəticəsində 27 sentyabr tarixində hərbi əməliyyatlara başlayıb və 44 gün davam edən müharibənin məntiqi nəticəsi olaraq Ermənistan rüsvayçı məğlubiyyətlə qarşılaşıb və erməni baş nazir Nikol Paşinyan kapitulyasiya sənədini imzalamaq məcburiyyətində qalıb. Qeyd edək ki, elə həmin gündən etibarən erməni cəmiyyəti Paşinyanın bu təslim sənədini imzalamasını heç cür həzm edə bilmir və bir-birinin ardınca etiraz aksiyaları təşkil edərək, onun istefasını tələb edirlər. Nəzərə çatdıraq ki, sonuncu dəfə belə bir etiraz aksiyası dünən Paşinyan Sünikə yollanan zaman baş verib və vətəndaşlar onu əraziyə buraxmayıblar. Ermənistanın müxalifət düşərgəsi bu faktı qabardaraq insanları bundan sonra da erməni baş nazirinə qarşı ayağa qalxmağa çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB