Makronun Ukraynaya nə vaxt gedəcəyi məlum oldu “Ukrinform” məlumat yayıb
Fransa prezidenti Emmanuel Makron, ukraynalı həmkarı Vladimir Zelenski ilə son görüşündə Ukraynanı ziyarət etmək istədiyini təsdiqləyib. SİA xəbər verir ki, bu barədə “Ukrinform” Fransanın Kiyevdəki səfiri Etien de Ponsenə istinadən məlumat yayıb.
"Prezident Zelenski ilə 16 aprel tarixində Parisdə görüşü zamanı prezident Makron, epidemiya vəziyyəti imkan verən anda Ukraynaya səfərə gəlmək istəyini təsdiqləyib", deyə səfir Etien de Ponsen bildirib.
Səfir səfərin ilin birinci yarısında və ya yayda baş verə biləcəyini qeyd edib. Hələlik, dəqiq bir tarix yoxdur, ancaq perspektivdə səfərin olduğu təsdiqlənib, deyə səfir fikrini tamamlayıb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB