Azərbaycanın uğurlarını həzm edə bilməyən sosial şəbəkə dələduzları...

Yaxud satqının “mən xalqımın əsgəriyəm” deməyə nə haqqı?!

Son günlər ölkənin daxili siyasətində önəmli hadisələr baş verir. 44 günlük vətən müharibəsi, ölkə həyatı üçün çox böyük hərbi siyasi məna kəsb etdi, ölkə daxili siyasəti şərtləndirən əsas amilə çevrildi. Xalqımızın və Ali Baş Komandanın rəhbərliyi ilə bu gün yeni bir tarix yazıldı. Qarabağı bizə qaytaran qəhrəman əsgər və zabitlərimiz haqq mübarizəmizdə igidlik göstərdi. Bunu nəinki erməni xalqı, bütün dünya gördü və görür. Azərbaycanın uğurlarını həzm edə bilməyənlər yenə də sosial şəbəkələrdə qaşınmaya düşüblər. Hara əl atırlarsa… Ancaq bu satqınlar və bədbəxtlər anlamırlar ki, heç bir qüvvə ölkəmizi öz düzgün yolundan sapdıra bilməz. Çünki bu Qələbə ölkəmizdə mövcud xalq-hakimiyyət birliyinin qələbəsidir, xalq-hakimiyyət birliyini güclü edən həlledici amildir, eyni zamanda, bu monolitliyin xarici bədxahlarımızın və daxili “sapı özümüzdən olan baltalar”ın hədəfinə çevrilməsini şərtləndirən mühüm səbəbdir.

Ancaq həyasızcasına sosial şəbəkə dələduzları, dövlətin, millətin maraqlarını heçə sayan antimilli ünsürlər Azərbaycan əsgəri adından danışır. 2021-ci ilə böyük qələbələrlə, zəfərlərlə qədəm qoymağımız məkrli niyyətli, xarici beynəlxalq təşkilatların nökərləri – Azərbaycanın uğurlarını, Vətən Müharibəsi zəfərini həzm edə bilməyənlər Paşinyan səviyyəsində irəli gedə bilməyənlər, erməni dəyirmanına su tökməklə abırsızlıqlarını nümayiş etdirən - Əli Kərimli, öz savadsızlıqları və səviyyəsizlikləri ilə seçilən mətbuat orqanı ilə informasiya agentliklərini fərqləndirə bilməyən Qənimət Zahid və kökü, mənəviyyatı erməni xislətli, erməni təxribatına qahmar çıxan Sevinc Osmanqızı, satqınlığını hər cür formada nümayiş etdirən Arif Məmmədov, “Yurd” şefinin sədrinin nökəri olan Cəmil Həsənli, özünü “Milli Şura"nın "primadonnası” sayan Gültəkin Hacıbəyli, özünü “hüquq müdafiəçisi” hesab edən Vidadi İskəndərli, “güclü iqtisadçıyam, həm də siyasətçiyəm” deyən Qubad İbadoğlu və bu kimi məkrli niyyətlilər təcavüzkar ölkənin - özləri kimi başı boş, savadsız Ermənistanın baş naziri Nikol Paşinyanı və bu ölkənin olmayan «iqtisadiyyatını» sitat gətirənlərə nə ad vermək olar? Vicdansızlıq və nankorluq! Bir də, taylı-tayın tapar. Bu satqınların mənəvi deqrodasiyaya uğradıqlarıyla yanaşı, etnososioloji varlıq olaraq cəmiyyətə, millətə, xalqa yararsız olan bu abırsız satqınlar qalib xalqı, qalib əsgəri, qalib dövləti öz bazar və çayxana düşüncələri ilə ört-basdır etməklə birbaşa olmasa da, dolayı yollarla erməni aşnalarına çatdıran bu erməni alaqları elə belə düşüncəli olmalıdırlar. Bir də erməni ayaqqabısının silinməsinə lazım olmayan «tryapkalar» elə zənn edirlər ki, xalq onların əməllərini unudublar? Qətiyyən! Tarix unudulmur, hər kəs etdiyi əməllərin cəzasını mütləq yaxın zamanlarda çəkəcək, özü də xalqın qarşısında.

Dələduz Gültəkin Hacıbəyli insanların haqqına girdiyini nə tez unudub?

Bəli, elə maraqlısı da budur ki, bu nankor dələduz, cəsus, minsifətli sosial şəbəkə viruslar - Gültəkin Hacıbəyli, Vidadi İskəndərli, Leyla Yunus, Cəmil Həsənli, Arif Məmmədov, Sevinc Osmanqızı və bu kimi ünsürlər yenə də çağırışlar edir, ölkədə gedən islahatlara, Azərbaycan əsgərinə «yanan» kimi göstərərək dövlətin əldə etdiyi uğurlara ləkə vurmağa çalışırlar. Bu qədər həyasızlıq, niyə xalqın nifrətindən ibrət dərsi almırlar? Bəlkə elə zənn edirlər ki, Leninin oktyabr inqilabı kimi, nəyəsə nail olacaqlar? Doğrudan da çox abırsız və mənəviyyatsızsınız. Həyasızlıq bu qədər də olmaz. Amma nə Əli Lenindi, nə də sizin kimi ünsürlər «demokrat». Hər ikiniz və özünüz kimilərin bir adı var: nankorlar!

Bəzən baş verən hadisələrə münasibət bildirmirsən, «səbrli ol» -deyirsən. Ancaq bir də görürsən ki, dövlətinin, xalqının ünvanına elə bir sözlər, böhtanlar deyilir ki, bu yerdə sakit dayana bilmirsən. Bu günlərdə rəzil qadın Gültəkin Hacıbəyli üçün "Gültəkin üçün müqəddəs heç nə yoxdur - nə Vətən, nə ailə!"

Bəli, bunu da G.Hacıbəylinin keçmiş qayınanası deyir. Düz sözə nə deyəsən. G.Hacıbəylinin keçmiş qayınanası Nəhayət Məmmədova 14 ay gəlin olduğu müddətində ona qarşı böyük haqsızlıqlar etdiyini bildirərək, indi də həmin yolu getdiyini bildirib: "Bu, o Gültəkindir ki, doğma əmisinə "torba" tikdi. Onun əmisi İdris Hacıyevin adına "Emil" MMC açdıraraq, rayonda 20 hektar ərazidə gips karxanasına yiyələnmişdi. Sonra qazancı bölüşdürə bilmədiklərindən, Gültəkinin təzyiqi ilə Göranboy rayon icra hakimiyyətinin məhkəmədə qaldırdığı iddia əsasında İdris Hacıyev "cəzalandırıldı", karxana əlindən alındı. Bundan sonra həmin ərazi Gültəkin Hacıyevanın atası Yunis Hacıyevin adına açılmış "Gülüstan" MMC-nin icarəsinə verildi. Doğmasına qarşı nankorluq, xəyanət edən Gültəkin xalqına da, Vətəninə də bu cür addımlar atar, necə ki, indi bu çirkin yoldadır. Gültəkin üçün müqəddəs heç nə yoxdur - nə Vətən, nə ailə, nə doğmaları. Onun məramı-məqsədi şəxsi mənafeləri üçün insanları şərləmək, kələk gəlmək və sair. O, mənəvi dəyərlərini itirmiş əxlaqsızdır. İkiüzlü, sürüşkən, xain, anormal G.Hacıbəyli elə Əli Kərimli, Cəmil Həsənli kimi satqınların, ikiüzlülərin yanında olar. Bax, simasız, satqın, əxlaqsız buna deyərlər. Doğrudan da, qadının rəzil olması bədbəxtçilikdir. İndi də G.Hacıbəyli, gecə-gündüz sosial şəbəkələrdə çıxışları ilə, guya xalqın «dərdinə yanır». Görününr, G.Hacıbəyli hələ çox havalanacaq, çünki o, Əli Kərimli kimi satqın şinelindən çıxmış rəzil, keçmiş qayınanasının dediyi kimi - əxlaqsız, satqın və cinayətkardır. Və ona görə də hamını satqın adlandırır. Bu yerdə kor-kora kor deməsə, doğrudan da bağrı çatlar. Bəlkə utanasan. Utanmağa üz olarsa. Sosial şəbəkələrin daimi müştərisi G.Hacıbəyli dünən iqtidarçı, bu gün müxalifətçi, sabah heç kim olmadığını bir oturub düşünəsən? Adamın yazığı gəlir. Bunu anlaya bilməzsən. G.Hacıbəylinin keçmiş qaynanasının dediklərini eşidəndə bir daha bu qadının nə qədər mənəviyyatsız və satqın olduğunun şahidi olursan. Rəzil və mənəviyyatsız qadın olan Gültəkin Hacıbəylinin “Gözünüz aydın, neft artıq 14 dollara düşüb, məni təbrik edin”,- deməsi və ona yaşına, “başına” hörmət etməyən “Milli Şura” deyilən əcinnələr yuvasının sədri Cəmil Həsənlinin “Bu, son hədd deyil də, yoxsa təbrik edərdim” deməsini cavabsız qoya bilmirsən.

Ancaq bu nankor və əxlaqsızlar bir şeyi unudurlar ki, hansı formada olursa-olsun xalqının qayğısına qalan və ən ağır anlarda belə daima xalqının qayğısını çəkən Azərbaycan Prezidenti həmişə öz vətəndaşının yanındadır. Və ermənidən betər olan Gültəkin Hacıbəyli və Cəmil Həsənli kimilər ikiüzlü, satılıb, satan, mənliklərini ayaqlar altına atan erməni qulbeçələridir. Hər ikisinin xisləti nankorluq, satqınçılıq olub. Və bu gün G.Hacıbəyli kimiləri tarix boyu cəmiyyətə qazandırdığı və qazandıracağı heç nə olmayıbdı. Belə olan halda isə....

Vidadi İskəndərli kimi satqının “mən xalqımın əsgəriyəm” deməyə nə haqqı?!

Deyir : “Aşığın sözü qurtaranda, yarım, yarım deyir”. Və bu gün Sevinc Osmanqızı, Vidadi İskəndərli, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və bu kimi “tryapkaların” “Azərbaycan əsgəri” adından danışmağa nə haqqı?

Azərbaycan əsgəri! Bu, adi deyilmiş söz deyil, iftixarla, böyük bir qürurla fəxr ediləsi sözdür! Bu sözdə qalibiyyət, zəfər var - yurdumuzu, torpağımızı qoruyan, Azərbaycan əsgəri! Tarix boyu sənin adın hər yerdə hörmətlə, izzətlə çəkilib, bundan sonra da çəkiləcək. Çünki bu gün xalqımız sənə müqəddəs və şərəfli vəzifələr tapşırıb, Vətənin, yurdun sədaqətli, mətanətli keşikçisisən –Azərbaycan əsgəri!

Yetər bu qədər, Sevinc Osmanqızı, Vidadi İskəndərli, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və bu kimi məxluqların “Azərbaycan əsgəri” adından danışmağa! Yetər bu qədər iftira dediniz! Cəmiyyət sizlərə aşırı nifrət edir, yaxın zamanlarda əlahəzrət qanun qarşısında cavab verəcəkləriniz günü səbirsizliklə gözləyir! Və xalqımız əmin olsunlar ki, Vətənə və dövlətə qarşı xəyanət yolu tutan bu satqın və naqis xəyanətkarlar gec-tez öz layiqli cəzalarını alacaqlar!

Azərbaycana nifrət edən bu əxlaqsızların əsl üzü budur – “Vətən üçün pis olan, mənə faydalıdır”. Onlar şəxsi maraqlarını dövlətin və xalqın maraqlarından üstün tutduqları üçün mənəvi nöqteyi-nəzərdən xəyanətkardan və fəraridən başqa bir şey deyil.

Belələrində isə, nə abır, nə də mənəviyyat olar. Elə düz deyirlər: “Abırsızda abır olmaz”.

Rəfiqə Hüseynova

Bütün xəbərlər Facebook səhifəmizdə