YAP Şəmkir rayon təşkilatı tərəfindən şəhid ailələri və qazilər daim diqqətdə saxlanılır FOTOLAR

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının nümayəndələri Şəmkir rayonunun Təzəkənd və Qədimqala kəndlərinin sakinləri olmuş, Vətən Müharibəsi şəhidləri İsrafilzadə Elçin Bəxtiyar oğlu, Həsənov Bəşir Xəqani oğlu, Hüseynov Anar Saday oğlu, Məmmədov Rüstəm Müsəllim oğlunun ailələrini ziyarət etmiş, sovqat aparmış və ailənin qayğıları ilə maraqlanmışlar.

Görüş zamanı YAP rayon təşkilatının sədri Fəxrəddin Vəliyev vurğulayıb ki, Vətən Müharibəsində öz həyatlarını işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda qurban verən şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır.

Səmimi söhbət əsnasında dövlət başçımızın şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqətin bizlər üçün də nümunə təşkil etdiyini bildirən təşkilat sədri deyib ki, YAP-ın rayon təşkilatı hər an şəhid ailələrinin yanındadır və bundan sonra da onların problemlərinin həlli, çətinliklərin aradan qaldırılması və yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində imkanları çərçivəsində əllərindən gələni əsirgəməyəcək.

Daha sonra rayon təşkilatı tərəfindən bir neçə qazi ailəsi ziyarət olunub.

Şəhidlərin və qazilərin valideynləri, ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə