Sevinc Osmanqızının uzun burnu və erməniçilik eşqi TƏRS BAXIŞ + VİDEOFAKT

Açıq və ya gizli şəkildə düşmənlə işləyənlərə qarşı artıq ciddi, təxirəsalınmaz və barışmaz mövqe tutmaqla ölçülər götürülməyin vaxtı çatıb!

Hələ ötən il - 2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanın sərhədlərinə hücuma keçərkən şəhidlərimiz, yaralılarımız oldu. Nəticədə, bütün dünya azərbaycanlıları ayağa qalxaraq, erməni vəhşiliyinə qarşı etiraz səslərini ucaltdı. Hətta ABŞ-da, Avropanın bir sıra ölkələrində, eləcə də Rusiyada yaşayan, fəaliyyət göstərən azərbaycanlılar səfirliklərini, konsulluqlarını gözləri qızmış erməni daşnaklarından, ultra-millətçilərinin hücumlarından əliyalın şəkildə qoruyurdular. Bu birlik və bərabərlik ermənilərin qarşısını aldı və özünü sentyabrın 27-də daha geniş şəkildə sübuta yetirdi – Vətən müharibəsi və nəticələnən möhtəşəm qələbəsi ilə! Lakin...

Məhz bu xain məxluq millətimizi "bandit", "qatil", "xuliqan", "vətənşivən" adlandırdı...

Lakin həmin vaxt xarici ölkələrdə fəaliyyət göstərən və bilavasitə erməni maraq dairələrinə işləyən satqın və xəyanətkar yığnaqları da boş dayanmayaraq Azərbaycanın haqlı savaşına qarşı dil uzatmağa başladılar, hətta xalqı, ulusu təhqir obyektinə çevirənlər də tapıldı. Buna ən bariz misal kimi ABŞ-da xarici xüsusi xidmət agentləri ilə eşq macəraları yaşamaqla, onların şəhvətləri altında sifarişlər alan Sevinc Osmanqızını göstərə bilərik. Məhz bu xain məxluq millətimizi "bandit", "qatil", "xuliqan", "vətənşivən" adlandırdı...

Küçədə 2021-ci ilin aprel ayıdır, xalq Qələbəsini, Zəfərini mənəvi qidasına çevirməklə bu tarixi günlərə öz gözləri ilə şahid olur, qalibiyyətinin rəzmi olaraq Hərbi Qənimətlər Parkı istifadəyə verilib, xalqa açılıb ki, düşməndən əldə edilən qənimətləri görsün, bütün dünya erməni terrorunun, vəhşiliyinin şahidi olsun. Əbəs deyil ki, parka xarici qonaqlar da təşrif buyurur və oradakı qənimətləri seyr edərək Azərbaycanın hərbi gücünün, qüdrətinin şahidinə çevrilir. Fəqət...

Xain düşüncəyə məhz Sevinc Osmanqızının malik olması isə artıq təəccüb də doğurmur, ancaq hiddət yaradır!

Fəqət bizlər bir daha Sevinc Osmanqızının dövriyyəyə buraxıldığını görür, eləcə də onun kimi digər satqınlar zümrəsinin saçyoldularını müşahidə edirik. Sən demə, bir millət – uşaq, qoca, yaşlı və s. demədən onun qanını tökən, qətliamlar törədərək soyqırımı yaşadan, divan tutan, torpaqlarını işğal edən, mədəni, dini irsini viran qoyan, yerlə-yeksan edən düşmənini "yekəburun" (bu fakt dünya tərəfindən də sübuta yetirilib ki, ermənilərin genetik kodları yekə və donqar burunları ilə ölçülür) kimi təqdim etməsi "yolverilməziymiş" (?!). Belə xain düşüncəyə məhz Sevinc Osmanqızının malik olması isə artıq təəccüb də doğurmur, ancaq hiddət yaradır! Çünki onun sərsəm düşüncəsinə görə belə qansız düşməni alçaltmaq, onu yekəburun kimi təsvir etmək olmaz, hətta belə deyək: anamı, bacımı, övladımı, millətimi amansızcasına qətlə yetirən, şərəflərini təhqir edən düşmənimə rəhm etməliymişəm (?!)

Bu baxımdan, artıq heç nə əvvəlki kimi olmamalıdır və sağlam düşüncəyə malik olan Azərbaycan xalqı, ulu millətimiz xarici və daxili düşmənlərini yaxşı tanımalıdır. Bizlər əsla imkan verməməliyik ki, Sevinc Osmanqızı, Əli Kərimli, Qənimət Zahid, Leyla Yunus, Arif Yunus, Xədicə İsmayıl, Nərmin Şahmarzadə, Altay Göyüşov kimilər milli maraqlarımıza zərbə vursunlar, düşmənin baş qaldırmasına dəstək olsunlar! Məhz bu şərəfsizlər, ləyaqətsizlər, qanları pozuq ermənipərəst şarlatanlarından ibarət yığnaq MİLLİ ŞƏRƏF PARKIMIZI - "Hərbi cinayətlər parkı" (???!!!) adlandırdılar.

Sevinc Osmanqızı, Altay, Qənimət Zahid, Nigar Şahmarzadə, Leyla Yunus, Xədicə İslamyıl kimi siyasi murdarlar yığnağı...

Bu "adamlar", əslində, yaxşı bilirlər və dərk edirlər ki, ermənilər 1905-ci ildən bu günə qədər davam etmiş 116 illik qanlı tarixlərdə azərbaycanlıların başlarına hansı oyunları gətiriblər. Eləcə də, 1915-ci ildə olmamış bir hadisəni "soyqırımı" kimi dünyaya qəbul etdirməyə çalışan, "Böyük Ermənistan" xülyası ilə yaşayan ermənilərin Azərbaycanla heç vaxt rəhmli davranmadıqlarını da satqın başlarının daxilindəki beyin hüclələrinə qəbul ediblər. Sadəcə, bunu etiraf etmək yerinə, düşmənlə əlbir olur, milli kimliyimizə qarşı belə təhqiqli münasibət sərgiləyirlər. Bəli, məhz bu ləyaqətsizlər erməniləri "təhqirolunmuş" kimi təqdim etməklə, bütöv bir millətimizi təqhiqlərə məruz qoyurlar, bunun isə cavabını mütləq (!!!) verməlidirlər!

Təsəvvür edək ki, Ermənistan Hərbi Qənimətlər Parkı ilə bağlı Azərbaycandan BMT-yə, Avropa təşkilatlarına və digər qurumlara şikayət hazırlayırlar, Sevinc Osmanqızı, Nərmin, Altay, Qənimət Zahid, Nigar Şahmarzadə, Leyla Yunus, Xədicə İslamyıl kimi siyasi murdarlar yığnağı da eyni məsələ ilə bağlı ictimai rəyi zəhərləməyə çalışırlar, hətta qatil, vəhşi, terrorçu ermənilərə qahmar çıxmaqla düşmənlə əlbir olduqlarını isbatlayırlar. Məncə, açıq və ya gizli şəkildə düşmənlə işləyənlərə qarşı artıq ciddi, təxirəsalınmaz və barışmaz mövqe tutmaqla ölçülər götürülməyin vaxtı çatıb!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə