Mübariz Əhmədoğlu: “Görüşün Kazana təyin edilməsi Rusiya rəhbərliyinin Ermənistan hakimiyyətinə ciddi mesajıdır”
\"Mənim həmişə prezidentlərin görüşünün nəticələrinə ümidim olub\". Bu sözləri SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu Rusiyanın Kazan şəhərində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında növbəti görüşə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Ermənistan tərəfi prezidentlərin görüşünü nəticəsiz yola verdikcə özünü çətin vəziyyət salır: "Bu Ermənistanın danışıqlar müstəvisində ortaya qoyduğu ideyalarda, həm Ermənistan prezidentinin irəli sürdüyü bəyanatlarda özünü göstərir. Təbii ki, hazırda Ermənistan iqtisadi-sosial burulğanın içərisində qalıb. Ermənistandakı miqrasiya, demoqrafik vəziyyətlə bağlı danışmağa lüzum yoxdur. Çünki şovinist erməni də etiraf edir ki, nəinki ildən-ilə, hətta aydan-aya Ermənistanda daxili gərginləşmə gedir. Mən elə başa düşürəm ki, hazırda aktual problem Ermənistanın imicinin dağıdılmasıdır. Əgər Kazanda keçiriləcək görüş nəticə verməyəcəksə, Ermənistan rəhbərliyi, şəxsən Ermənistan prezidenti Serj Sarkisyan özlərinin hərbi imiclərinin dağıdılmasına hazır olmalıdırlar".
Politoloq hesab edir ki, görüş yerinin seçilməsi də təsadüfi deyil. Belə ki, ermənilərin Kazanla bağlı öz xatirələri var: "Kazan Tatarıstanın paytaxtıdır. Yəni bu ad ermənilərdə allergiya yaradacaq. Lakin mən Kazanın ermənilərlə bağlı digər xatirələrinə toxunmaq istərdim. Yəni ruslar ermənilərə 2-ci dəfədir ki, mesaj verirlər. Ermənistan rəhbərliyi öz dəmir yollarını Rusiyanın idarəçiliyinə verdikdən sonra rəsmi Moskva o idarənin başına milliyətcə rus olan şəxsi qoyub. Ermənistandakı ermənilər o adamı yola vermədilər. Ermənistan dəmir yollarının rəhbərini sıxışdırdılar. Əvəzində Rusiya gözlənilmədən bir addım atdı. Şövkət Şaydulini gətirdi, Ermənistanda Dəmiryolları İdarəsinin başına rəhbər qoydu. Bu gün ermənilər tatar türkü ilə danışıqlar aparmağa məcburdurlar. İndi daha çox bu versiyanı əsas götürürəm. Çünki Rusiya çalışacaq ki, Kazanda bu sənədi imzalatdırsın ki, bundan sonra Ermənistan heç bir artıq-əskik hərəkət etməsin. Görüşün Kazana təyin edilməsi və sənədlərin Kazanda imzalanması Rusiya rəhbərliyinin Ermənistan hakimiyyətinə ciddi mesaj kimi qəbul etmək olar. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində prezidentlərin görüşündə bütünlüklə hamını bir şeyə ümidi və ehtiyacı var. Ehtiyac olan şey Ermənistanın ağıllanmasıdır. Yerlə göyün birləşməsi nə qədər yaxındırsa, Ermənistanın da ağıllanmasına bir o qədər ehtimal var".
Qeyd edək ki, Rusiyanın Kazan şəhərində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında birinci görüş 27.08.2005-ci ildə olub. O, zaman Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kazanda jurnalistlərə açıqlamasında: "Kazanda Azərbaycan və Ermənistan prezidentləri arasında birbaşa danışıqların növbəti raundunun yekunları üzrə hər hansı bir sənədin imzalanması gözlənilmir",-deyə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB