Donbassdakı təmas xəttində aktivlik artımı qeydə alınıb ATƏT tərəfindən

ATƏT-in Ukraynadakı Xüsusi Nəzarət Missiyası son həftələrdə Donbassdakı təmas xəttində aktivliyin artımını qeydə alıb. SİA xəbər verir ki, bu barədə missiya RİA Novosti-yə bildirib.
"Keçən həftələrdə təmas xətti boyunca aktivlik istiqamətində bir sıçrayış görülüb. 22 Mart - 4 Aprel tarixləri arasında missiya 3922 atəşkəs pozuntusu qeydə alıb, hansı ki, bu göstərici əvvəlki iki həftəlik dövrdə 1260 olub. Şiddət xüsusilə 2 və 3 aprel tarixində yüksək hesab edilir", deyə qeyd olunur.
Missiyaya görə, bu zorakılıq, ümumiyyətlə, 27 iyul 2020-ci ildə qüvvəyə minmiş atəşkəsin gücləndirilməsinə dair razılaşmadan sonrakı dövrlə ziddiyyət təşkil edir. "Məsələn, 1 yanvar-26 iyul 2020-ci il tarixləri arasında missiya ayda 411-dən 752-dək atəşkəs pozuntuları qeydə alıb. Lakin missiyanın müşahidələrinə görə, 27 iyul 2020-ci ildən 31 mart 2021-dək aylıq rəqəm 20 ilə 107 arasındakı pozuntu arasında dəyişib", deyə bildirilir.
Xatırladaq ki, ATƏT Daimi Şurası, Təşkilatın Ukraynadakı Xüsusi Monitorinq Missiyasının səlahiyyət müddətini 31 mart 2022-ci ilə qədər uzadıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...