“Türkiyə ilə münasibətlərin normallaşması Rusiyanın əlindədir” Levon Ter-Petrosyan

“Türkiyə ilə münasibətlərin normallaşması Rusiyanın əlindədir” Levon Ter-Petrosyan

"Qarabağ münaqişəsinin həllinin açarı və Türkiyə ilə münasibətlərin normallaşdırılması Rusiyanın əlindədir". SİA erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan deyib.

"Niyə də olmasın?", deyən Ter-Petrosyan bildirib ki, Ermənistanın istənilən hökuməti bu kimi mühüm həyati problemləri mövcud geosiyasi kontekstdə həll yollarını tapmalıdır.

"Belə davranış nə istəklə, nə orientasiyalarla bağlı deyil, birmənalı olaraq gerçəkliyi və siyasi realizmin imperativliyi ilə əlaqəlidir", deyə o bildirib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə