“Paşinyan Rusiyaya uyğun mövqe tutur” ŞƏRH

“Paşinyan Rusiyaya uyğun mövqe tutur” ŞƏRH

Azərbaycan bir daha beynəlxalq aləmə regional əməkdaşlığa və rabitə açılışlarına hazır olduğunu göstərir. Belə ki, ölkə Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-rəsmi zirvə toplantısındakı çıxışı zamanı müharibənin başa çatdığını və artıq yeni imkanlar yarandığını, bunların arasında ən əhəmiyyətlisi nəqliyyat imkanlarının olduğunu xüsusilə vurğuladı. Söhbət Zəngəzur dəhlizinin açılması mümkünlüyündən gedir.

Eyni zamanda, İrəvanın da bu məsələdə loyallıqdan çıxış etməsi və nəticə etibarı ilə yararlanması cəhdləri nəzərdən yayınmır. Lakin bütün bunlara baxmayaraq bəzi açıq suallar qalır və bununla bağlı Rusiyanın i analitiki, iqtisadi məsələlər üzrə mütəxəssis Vladislav İsayev maraqlı detallara toxunub.

“Robert Koçaryan Moskvadakı dəstəyini itirir”

SİA xəbər verir ki, rusdilli Caliber informasiya analitik mərkəzinin suallarını cavablandıran rusiyalı mütəxəssis hesab edir ki, hazırda Ermənistanda vəziyyət, növbədənkənar parlament seçkilərinin nəticələrindən də çox asılıdır. Lakin revanşistlərin iddialarından sonra onların hakimiyyətə yiyələnə bilmək şanslarının da olmasını nəzərə alarsaq, bu zaman Ermənistanın mövcud iqtidarının loyallığını müxalifətçilərin radikalçılıqları ilə dəyişiləcəyini görə bilərik.

“Nikol Paşinyan çıxışını bu cür davam etdirərsə, iqtisadi vəziyyəti yaxşılaşdırmağa yönəlmiş nəqliyyat dəhlizlərinin açılmasına razılıq verəcək. Ermənistan baş naziri müharibə deyil, iqtisadi inkişaf tərəfdarı olan Rusiyaya uyğun bir mövqe tutur. Onun rəqibləri, yəni Ermənistanın ikinci prezidenti Robert Koçaryanı dəstəkləyən qüvvələr isə əksinə, Moskvadakı dəstəklərini itirirlər”, deyə rus iqtisadçısı bildirib.

Anlitik: “Ermənilər yalnız Azərbaycana qarşı deyil, Rusiyaya, Qərbə qarşı da aqressiya nümayiş etdirirlər”

İsayev Ermənistandakı rəngli inqilab mümkünlüyünə də toxunub və mövcud risklərin olduğunu istisna etməyib. Amma bütün hallarda inqilabın olmayacağı qənaətində olduğunu bildirib. O, bunu belə əlqələndirib ki, bu gün postmüharibə Ermənistanında emosiyalar üstünlük təşkil edir və ermənilər yalnız Azərbaycana qarşı deyil, Rusiyaya, Qərbə qarşı da aqressiya nümayiş etdirirlər. Lakin bunların hamısı geridə qalacaq, yalnız Nikol Paşinyanın hakimiyyəti əlində saxlayacağı halda.

“Bir daha təkrar edirəm, Nikol Paşinyan erkən seçkilərdə etimad mandatı alsa, mənə elə gəlir ki, Ermənistan regional layihələrə mane olmayacaq, iqtisadiyyat öz sözünü deyəcək”, Vladislav İsayev İrəvanın bundan başqa çıxış yolunun olmadığını bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə