DMX-nin rəisi vətəndaşların videoqəbulunu keçirib - FOTOLAR

DMX-nin rəisi vətəndaşların videoqəbulunu keçirib - FOTOLAR

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov vətəndaşların videoqəbulunu keçirib. SİA xəbər verir ki, 30 mart 2021-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov onlayn formatda vətəndaşların müraciətlərini dinləyib.

Müraciətlər əsasən miqrasiya xidmətləri, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, vətəndaşlıq məsələləri, həmçinin işə qəbulla bağlı olub. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb. Xidmət rəisi qaldırılan digər məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə