Asəf Hacıyev: \"Yeni düşüncənin elm-təhsilə gəlməsi Azərbaycanda bu sahələrin inkişafına böyük təkan olacaq\"

Asəf Hacıyev: \"Yeni düşüncənin elm-təhsilə gəlməsi Azərbaycanda bu sahələrin inkişafına böyük təkan olacaq\"

"Əmək Məcəlləsində büdcədən maliyyələşən təşkilatlarda çalışan yaşı 65-ə çatmış şəxslərin təqaüdə göndərilməsi ilə bağlı edilən dəyişikliklər çox düzgün və vacibdir". SİA-nın xəbərinə görə, bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Asəf Hacıyev deyib.

A.Hacıyev bildirib ki, son illər Azərbaycan Prezidenti tərəfindən elm və təhsilə xüsusi diqqət göstərilir. Onun sözlərinə görə, əvvəllər hər bir ölkənin inkişafı onun gücü və təbii sərvətləri ilə ölçülürdüsə, bu gün dünya dəyişir, dövlətin gücü yalnız onun təbii sərvətləri ilə deyil, eyni zamanda informasiya texnologiyalarının istehsalı və inkişafı ilə bağlıdır. Bu baxımdan, Azərbaycanda da bu istiqamətdə böyük inkişaf var.

"Yaşı 65-ə çatmış alimlərin təqaüdə getməsi heç bir problem yaratmayacaq. Çünki dövlətimizin dəstəyi ilə minlərlə gəncimiz xarici ölkələrin nüfuzlu elm-təhsil ocaqlarında təhsil alırlar. Artıq həmin gənclərin bir qismi təhsillərini başa vurub ölkəmizə qayıtmaqdadırlar. Mən hesab edirəm ki, yeni düşüncənin, yeni nəfəsin elm-təhsilə gəlməsi Azərbaycanda bu sahələrin inkişafına böyük bir təkan olacaq"- deyə A.Hacıyev qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə