London metrostansiyalarındakı Azərbaycan posterləri yığışdırıldı! FOTOFAKT!
Ermənilər B.Britaniyada həyasızlıq edərək tariximizə əl uzatdılar
Ermənistanın Böyük Britaniyadakı səfirliyi London metrostansiyalarında Azərbaycanın işğaldan azad etdiyi Qarabağ torpağlarındakı milli-mədəni və tarixi sərvətlərinin mənzərələrini əks etdirən posterlərin yığışdrılmasına nail olduğunu özünün Facebook-dakı rəsmi səhifəsində qeyd edib. SİA-nın məlumatına görə, bununla bağlı yazan erməni səfirliyi iddia edib ki, onlar buna Birləşmiş Krallıqda fəaliyyət göstərən icma nümayəndəliklərinin şikayətləri əsasında nail olublar. Ermənilər bu dəfə də qədim Azərbaycanın tarixi sərvətlərini öz adlarına çıxmaqla gerçək həyasızlıq nümayiş etdirməklə yanaşı, təəssüf ki, Brtitaniyanın müvafiq orqanlarına da öz yalanlarını inandırmağa nail olublar.
Hələlik, bu barədə Azərbaycanın Brianiyadakı səfirliyindən hər hansı bir rəsmi açıqlama verilməyib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB