Paşinyan hökuməti seçki kodeksini dəyişməyi planlaşdırır YENİ BÖHRAN

Paşinyan hökuməti seçki kodeksini dəyişməyi planlaşdırır YENİ BÖHRAN

Edmon Marukyan: “Yeni qaydaların qəbulu seçkiləri sual altına qoya və böhranı dərinləşdirə bilər”

Ermənistanda bu ilin iyununda keçirilməsi gözlənilən növbədənkənar parlament və baş nazir seçkiləri ərəfəsində hökumətin seçki kodeksində dəyişilik etmək qərarına gəlməsi onsuz da ağır siyasi böhranın daha da dərinləşməsinə səbəb olub. SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, artıq bununla bağlı iqtidar və müxalifət arasında yeni qarşıdurmalara start verilib.

“Seçki kodeksi hətta iki müxalifət fraksiyasının dəstəyi olmadan qəbul olunmalıdıır”. Bunu iqtidarın “Mənim addımım” blokundan olan deputatı Amazasp Danielyan deyib.

Lakin onun fikirləri müxalifətçi “İşıqlı Ermənistan” fraksiyasının deputatı Edmon Marukyan tərəfindən “süngü” ilə qarşılanıb. O, ilk olaraq seçki kodeksinə toxunmamağı tövsiyə edib. “Növbədənkənar parlament seçkiləri ona görə lazımdır ki, böhrandan çıxış yolu tapılsın, ancaq seçki kodeksinə toxunmaq lazım deyil”, deyən Marukyan sözlərini belə əsaslandırıb ki, seçki günü təyin olunandan sonra oyunun qaydalarını dəyişmək olmaz, çünki həmin gün oyunun qaydalarının fəaliyyətə keçəcəyi gündür və hər kəs məhz bu qaydalara uyğun olaraq seçkilərə hazırlaşırlar. “Yeni qaydaların qəbulu seçkiləri sual altına qoya və böhranı dərinləşdirə bilər”, “İşıqlı Ermənistan” müxalifət partiyasının lideri deyib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə