"Onik Qasparyan özünün Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi vəzifəsini bərpa edə bilməz. Heç bir hüquqi kazus yoxdur. Onik Qasparyan tutduğu vəzifəsindən azad edilib, Artak Davtyan isə baş qərargahın rəhbəri vəzifəsinə təyin olunub". SİA erməni informasiya mənbələrinə istinadən xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Rustam Badasyan deyib.
Bu arada, baş qərargahın yeni rəisi Artak Davtyan qeyd edib ki, hökumətlə baş qərargah arasındakı böhran həll olunub. O, öz müraciətində bildirib ki, silahlı qüvvələr hökumətə tabedir və ictimai nəzarət altındadır.
"Baş qərargah rəhbərliyinin məlum bəyanatından sonra yaranmış situasiya həll edilib, mövcud fikir ayrılıqları isə hüquqi sahəyə keçirilib. Ermənistanın silahlı qüvvələri müdafiəni, təhlükəsizliyi, ərazi bütövlüyünün qorunması, sərhədlərin toxunulmazlığını təmin etmək üçün, bütün bunları əsas götürərək siyasi məsələlərdə öz neytrallığını qoruyub-saxlayacaq", deyə müraciətdə bildirilir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB