Ermənilər 29 il əvvəl əski parçalarını Xankəndidə belə asdılar: endiriməsinə isə çox az qalıb! FOTOLAR
29 il əvvəl bu gün – martın 19-da Qarabağdakı erməni separatçıları işğalçılıq siyasətlərinin başlanğıcı olaraq Xankəndidə (o zamankı Stepanakert) yerləşən Ali Sovet binasının üzərinə öz əski parçalarını asıblar. Məhz Ermənistanın işğalçılıq siyasətinin nəticəsi olaraq "Artsax" adlı dırnaqarası respublikanın "yaradılması" məqsədini güdən bu addım sonrakı illərdə digər torpaqlarımızın işğala məruz qalması ilə nəticələndi.
Artıq bu gün torpaqlarımızın böyük hissəsi düşmən işğalından azad edilib və işğalçıların, separatçıların əski parçaları bir çox məntəqələrimizdə ayaqlar altına atılıb. Azərbaycanın üçrəngli bayrağı azad edilmiş məntəqələrimizdə - şəhər və kəndlərimizdə, qəsəbələrimizdə qürurla dalğalanmaqdadır.
Xalımız əminliklə ümid edir və qətiyyətlə inanır ki, üçtərəfli Bəyanatdan sonra Rusiya sülhməramlılarının nəzarətləri altına keçən ərazilərimizdə də qısa zamandan sonra Azərbaycanın şanlı bayrağı dalğalanacaq və separatçıların, quldurların rejiminin fəaliyyətinə birdəfəlik son qoyulacaq.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB