"Nikol siyasi meyitdir, insanların nəfəs almasına da imkan vermir" SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu keçmiş aparat rəhbəri Ara Saqatelyan Kanal 5-də "Müsahibə" verilişinin efirində deyib.
O, qeyd edib ki, onlar xalq bizim ailəmizdir deyirdilər, amma Nikol bu ailə dediyini çirkləndirdi, bütün üzvlərini rüsvay etdi.
"Nikol Paşinyanın faydasız yanaşmaları ilə rədd edilməsi lazım olan bir şər olduğuna dair ümumi bir fikir var. O, pis bir qoxudur və insanlarımızın nəfəs almasına imkan verməyən bir siyasi meyitdir. Proseslərdə iştirakım məhz bu paradiqmada inkişaf edəcək", deyə Ara Saqatelyan bildirib.
Ara Saqatelyan bütün mümkün vasitələrlə - televiziyada, şəxsi əlaqələr vasitəsi ilə izahlı iş aparacağını bildirib.
"Hələ də Nikol Paşinyanın yalanlarına və ya xəyallarına inanan kiçik insanlara bunu izah etməyə çalışacağam. İnsanlara aldadıldıqlarını və istifadə edildiklərini davamlı izah etmək niyyətindəyəm. Nikol deyirdi ki, xalq bizim ailəmizdir, amma o ailə dediyini çirkləndirdi, ailənin bütün üzvlərini rüsvay etdi, əslində onları evsiz qoydu", dedi Saqatelyan əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB