Tanzaniyanın 61 yaşlı prezidenti Con Maqufuli vəfat edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Tanzaniyanın dövlət telekanalının məlumatına görə ki, bu barədə ölkənin vitse-prezidenti Samia Suluhu Hassan açıqlayıb.
Qeyd edək ki, bir qədər əvvəl yerli müxalifət siyasətçinin koronavirusa yoluxduğunu və vəziyyətinin ağır olduğunu bildirmişdi. Daha dəqiq desək, Tanzaniya müxalifətinin lideri Tundu Lissu prezidentin koronavirus xəstəliyinə tutulduğunu və qonşu Keniyada xəstəxanaya yerləşdirildiyini bəyan etmişdi. Onu da diqqətə çatdıraq ki, Magufuli hər zaman pandemiya ilə mübarizənin elmi yollarını inkar edib və ölkəsində ümumiyyətlə virus olmadığını iddia edib.
Xatırladaq ki, Maqufuli ölkədə qapanma tətbiq etməkdən hər zaman imtina edib və tibbi maskalar taxmayanları həmişə tərifləyib, onları öyüb. Sözügedən ölkənin prezidenti infeksiyanın yayılması ilə mübarizə aparmaq üçün elmi yolları inkar edib, Tanzaniyalılardan COVID-19 üzərində qələbə çalmaq üçün dua etmələrini istəyib və "koronavirus şeytandır", deyib.
Onu da nəzərə çatdıraq ki, 2020-ci ilin aprelində respublikanın səlahiyyətliləri, Maqufulinin ölkəsində infeksiya barədə rəsmi statistikanı dərc etməyi dayandırıb və bununla da turistlərin ölkəyə dəvət edilməsində ortaya çıxan maneələri dəf edib. Beləliklə, 2020-ci ilin yazında siyasətçi Tanrının koronavirusu Tanzaniyadan etibarlı şəkildə "qovduğunu" elan edib.
Diqqətə çatdıraq ki, prezident, virusa qarşı peyvəndlərə də inanmayıb, çünki onu avropalılar istehsal etdirirlər. Dua ilə yanaşı, siyasətçi infeksiyanın evdə müalicə üsullarını, məsələn, bitki mənşəli inhalasiyalarla müalicə etməyi tövsiyə edib hər zaman.
Artıq fevral ayının sonundan bəri Maqufulini xalqın qarşısına çıxan görən olmayıb. Ölkə rəhbərliyi müxalifətin prezidentin koronavirus səbəbindən ağır xəstə olduğu ilə bağlı ittihamları fonunda hər hansı bir məlumatı açıqlamayıb. Tanzaniya müxalifətinin lideri Lissa, öz mənbələrinə istinadən xəbər verib ki, 15 mart tarixində prezident COVID-19 fonunda bir süni tənəffüs aparatına qoşulub.
Xatırladaq ki, Maqufuli 29 oktyabr 1959-cu ildə respublikanın şimal-qərbində anadan olub. Riyaziyyat və kimya üzrə pedaqoji təhsil alıb. Yalnız yerli universitetlərdə deyil, eyni zamanda 1994-cü ildə kimya üzrə magistr dərəcəsi aldığı Böyük Britaniyanın Salford Universitetində oxuyub. 1995-ci ildə Maqufuli ilk dəfə doğulduğu bölgənin parlamentinə seçilib, eyni zamanda siyasətçi inşaat nazirinin müavini təyin edilib. Daha sonra əmək naziri, inşaat naziri, heyvandarlıq və balıqçılığın inkişafı naziri vəzifələrində çalışıb. Maqufuli 2015-ci ildə Tanzaniya Prezidenti seçilib. Ölkənin beşinci prezidenti sayılır.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Amerikan Cons Hopkins Universitetinin verdiyi məlumata görə, pandemiyanın başlandığı gündən bəri Tanzaniyada 509 koronavirus infeksiyası hadisəsi müəyyən edilib ki, bunlardan da 21 hadisə ölümlə nəticələnib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB