İvan Korçok iki il əvvəl ölkəsinin Bakıda səfirlik açdığını və Azərbaycanın da Slovakiyada səfirlik açmasını istədiklərini bildirib.
"Slovakiya üçün ərazi bütövlüyü önəmlidir və Azərbaycana münasibətdə də bu belədir”. SİA xəbər verir ki, Slovakiyanın Xarici və Avropa İşləri naziri İvan Korçok Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında belə deyib.
Nazir eyni zamanda münaqişənin həllindən sonra hər iki icmanın sülh şəraitində yaşamasını təmin etməyin önəmini diqqətə çatdırıb.
O, həmçinin, Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığa dair yeni sazişin imzalanmasının vacibliyini də vurğulayıb.
"Slovakiya bu sahədə Azərbaycana dəstək verəcək", deyə İvan Korçok bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB