Azərbaycanda bütün sosial ödənişlər tam və vaxtında həyata keçirilib - Əli Əsədov
Ötən il Azərbaycanda bütün sosial ödənişlər tam və vaxtında həyata keçirilib. Pensiyanın məbləği orta hesabla 13 faiz artıb.
SİA-nın məlumatına görə, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.
Baş nazir bildirib ki, şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi dövlətin diqqətində olub və Prezident tərəfindən bu istiqamətdə müvafiq fərman və sərəncalar imzalanıb.
Baş nazir qeyd edib ki, 44 günlük Vətən müharibəsində şəhid olan 2881 nəfərin 2695 nəfərinin ailələrinə 44 milyon manatdan çox sığorta ödənişi edilib və bu proses gündəlik olaraq dövlətin nəzarətindədir.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB