"Son 30 illik tarixi nəzərə alsaq, hər dəqiqə müharibəyə hazır olmaq vacibdir". SİA xəbər verir ki, Ermənistanın müdafiə nazirinin müavini Arman Sarkisyanın jurnalistlərlə söhbətində yenidən müharibənin başlaması ehtimalı ilə bağlı dediyi sözlərini Novosti-Armeniya yazıb.
"Yeni müharibədən, onun baş verəcəyindən heç kim heç nə deyə bilməz, lakin mənim düşüncəmə görə əgər belə bir problem olarsa, bu zaman hakimiyyət bütün lazımi addımları atacaq", deyə qeyd edən Sarkisyan bununla yanaşı, hazırkı məqamda bu kimi məsələlərin qaldırılaraq panikanın yaradılmasına da ehtiyacın olmadığını bildirib.
Yeri gəlmişkən, Ermənistanda martın 16-dan 20-ə qədər keçiriləcək hərbi təlimlərlə bağlı verilən sual zamanı müdafiə nazirinin müavini həmin təlimlərin nə zaman başlanacağı barədə dəqiq tarixi unutduğunu bildirib və ehtimallarla danışıb ki, bu da jurnalistlər arasında istehza ilə qarşılanıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB