Paşinyan komandasını “öz evinə” toplayıb “Hraparak” qəzeti yazır

Paşinyan komandasını “öz evinə” toplayıb “Hraparak” qəzeti yazır

Hal-hazırda hökumətin bağ evində Ermənistan hakimiyyəti iclas keçirir. Bu barədə “Hraparak” qəzeti yazır.
Nəşrin yazdığına görə, Nikol Paşinyan “Mənim addımım”ın bütün üzvlərini və “Mülki Müqavilə” şöbəsinin üzvlərini “öz evinə” dəvət edib.
Qəzet yazır ki, doğrudur, son vaxtlar erməni baş nazir öz komandasını tez-tez yığır. Yəqin ki, onların nə düşündüklərini bilmək və onları nəzarətdə saxlamaq üçün belə edir. Çünki Paşinyan da daxil olmaqla hər kəs yaxşı bilir ki, ən böyük təhlükə, yəni 80 millət vəkilinin ortaq qərar verəcəyi təqdirdə, baş nazirin vəzifəsindən azad olunması bir neçə gün ərzində baş berə bilər. Buna görə də Paşinyan əvvəlki fikir ayrılıqlarını bir kənara qoyub “Mənim addımım”ın üzvləri ilə sərt dildə danışmır, əksinə, hər kəslə dostluq münasibətləri qurmağa və bir çox məsələlərdə onların önünə çıxıb, görüşməyə çalışır.
Göründüyü kimi, Ermənistanda vəziyyət get-gedə ağırlaşır və ələlxüsus hakimiyyətin istefası tələbi getdikcə sərtləşir. Bir tərəfdən də müşahidə olunur ki, hakimiyyət komandasında belə Paşinyanın əleyhinə olanlar var və bu da onu bərk narahat edir. Heç şübhəsiz ki, erməni baş nazirin vaxtaşırı görüş keçirməsi də bu narahatçılığın təzahürüdür. Qeyd olunduğu kimi, Nikol Paşinyan vəziyyətə nəzarət etmək, komandasında münasibətləri yoluna qoymaq üçün əldən-ayaqdan gedir və təbii ki, bütün bu təlaşı öz hakimiyyətini qorumaq istəyindən, arzusundan irəli gəlir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə