Sahibə Qafarova qadınları təbrik edib

Milli Məclisin sədri Sahibə Qafarova 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınları təbrik edib.

SİA-nın məlumatına görə, S.Qafarova öz təbrikində deyib:

“Əziz və dəyərli xanımlar!

Sizləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Siz xanımlar zərifliyin, gözəlliyin, xeyirxahlığın və səmimiyyətin nişanəsisiniz.

Bu gözəl gündə xüsusi təbriklərimi Vətənimizə ləyaqətli və qeyrətli oğullar bəxş etmiş analara çatdırmaq istəyirəm. Sizin yetişdirdiyiniz övladlar vətənimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını və sağlamlıqlarını qurban vermişdir.

Buna görə Sizlərin qarşınızda baş əyir, bayramınızı təbrik edirəm!”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...