İstanbul Konvensiyasının təsdiq edilməsi tələb edilir

Qadınların yürüşü Kiyevdəki Mixaylovskaya Meydanında başlayıb. SİA xəbər verir ki, bu barədə “Hromadske” telekanalı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, aksiya iştirakçıları Ukrayna səlahiyyətlilərindən qadınlara qarşı törədilən məişət zorakılığının əleyhinə mübarizəni nəzərdə tutan İstanbul Konvensiyasının təsdiqləməsini tələb ediblər.
" Kiyevdə “Qadınlar Yürüşü” keçirilir. İştirakçılar, xüsusilə, əsas məqsədi qadınlara qarşı şiddətin qarşısını almaq üçün sənəd olan İstanbul Konvensiyasının təsdiqlənməsini tələb edirlər", deyə telekanalın məlumatında qeyd olunur.
Xatırladaq ki, Avropa Şurasının “Qadına qarşı şiddətin və məişət zorakılığının qarşısının alınması və mübarizəsi” üzrə “İstanbul Konvensiyası”, 11 may 2011-ci il tarixində Avropa Şurasının bütün üzv dövlətləri tərəfindən qəbul edilmiş və qadınlara qarşı şiddət və məişət zorakılığına qarşı mübarizə aparmaq üçün ilk Avropa sazişi olmuşdur. Onu da qeyd edək ki, Ukrayna, qadına qarşı şiddətin qarşısının alınmasına dair İstanbul Konvensiyasını hələ 2011-ci ildə imzalamış, lakin sənəd təsdiqlənməmişdir. Nəzərə çatdıraq ki, Konvensiya tez-tez mübahisəli bir sənəd olaraq adlandırılır. Görünür, bu səbəbdən də “Qadınlar Yürüşü” məhz bu gün keçirilir və onlar elə bu gün İstanbul Konvensiyasının təsdiqlənməsini tələb edirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...